Azərbaycan məmurları jurnalistlərə intiharı romantikləşdirməməyi tövsiyə edirlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT ilə birlikdə Azərbaycanda intiharların qarşısının alınması üzrə plan hazırlayır. Ölkədə ilk dəfə dövlət səviyyəsində intiharlarla mübarizə aparmağa hazırlıq görülür.
• Azərbaycanda kim intihar edir
• Zorlanmadan sonrakı həyat. Gürcü qızı Salome Zandukelinin hekayəsi
Problem nə qədər ciddidir?
Ümumdünya “intihar reytinqi”ndə Azərbaycan son yerlərdən birini tutur. Burada intiharlar nadir hallarda baş verir, hər halda, Daxili İşlər Nazirliyinin tərtib etdiyi rəsmi statistika belə iddia edir. Statistika açıq mənbələrdə dərc olunmur, onun metodologiyası və etibarlılıq səviyyəsi barədə heç nə məlum deyil. Ötən illərin göstəriciləri ilə müqayisə etdikdə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Azərbaycanda hər 100 min nəfərə düşən intiharların sayı təxminən bir yarım dəfə yüksəlib – 2012-ci ildəki 1,7-dən 2016-cı ildəki 2,7-yə qədər.
Bu artım manatın məzənnəsinin kəskin enişi və sosial vəziyyətin pisləşməsi dövrünə təsadüf edir. Bundan əlavə, son illərdə bir neçə səs-küylü intihar halı baş verib ki, bunlar ictimaiyyətin və mətbuatıln diqqət mərkəzində olublar.
• Elina Hacıyeva niyə öldü və buna görə kim cavab verdi
Romantikləşdirməməli və səyləri birləşdirməli
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov planın hazırlanmasına həsr olunmuş dəyirmi masada jurnalistlərdən xahiş edib ki, onlar intiharların təsvirinə çox “aludə olmasınlar”, onları romantikləşdirməsinlər və qəhrəmana çevirməsinlər.
Eyni zamanda, nazirliyin təmsilçisi hesab edir ki, intiharların qarşısının alınması üçün bütün sektorların – təhsildən tutmuş, ədliyyəyə qədər, siyasətdən kənd təsərrüfatına qədər – səyləri birləşdirilməlidir. Bunun nücə mümkün olacağı hələlik müzakirə edilmir. Qaynar xətlərin yaradılması, gənclərin dəstəyi və risk qruplarına, cəmiyyətlərin inkişafına yönəldilmiş proqramların həyata keçirilməsi nəzərdə tutulur.