Mehman Hüseynovun tələsik məhkəməsi " />

Azərbaycanlı videobloqer nəyə görə 2 il müddətinə həbs cəzası aldı?

Mehman Hüseynovun tələsik məhkəməsi

Məşhur azərbaycanlı videobloqer Mehman Hüseynov böhtana görə iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Мехман Алиев“Turan” agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, Mehman Hüseynovun həbsi və çıxarılan hökm çox güman ki, onun son videosu ilə bağlı olub. Bu videoda o, “Gəlin təsəvvür edək ki, siz hansısa şirkətin prezidenti, direktorusuz, müavin olaraq öz həyat yoldaşınızı seçərdiz?” – mövzusunda sorğu keçirir.  İlham Əliyevin bu yaxınlarda xanımını vitse-prezident postuna təyin etməsi məsələsi nəzərdə tutulurdu. Bu mövzunun Azərbaycanda müzakirəsi yazılmamış bir tabudur.

 

Mehman Hüseynov altı il əvvəl, özünün ifşaedici, bəzən də provokasion videolarını hazırlamağa başlayanda populyarlıq qazandı. İlk videolardan biri Bakının mərkəzində, “Nizami” kinoteatrının yanında çəkilib, burada kölgədə gizlənən polislər yeraltı keçidlərdən istifadə etməyən, yolu hərəkət hissəsindən keçən qayda pozucularını “ovlamaqla” məşğuluydular. Mehman piyadalara yaxınlaşaraq, qaydanı pozmamağı xahiş edirdi. Bir neçə dəqiqə sonra kameraya çəkildiyindən bixəbər polislər Mehmana yaxınlaşaraq, onu ərazidən qovurlar.

Eyni zamanda Hüseynov hazırda bağlı olan “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” (RATİ) hüquq müdafiəsi təşkilatının üzvü olub. 2014-cü ilin yay ayında, siyasi həbslərin ən qızğın dövründə RATİ-də axtarış keçirilir, avadanlıq müsadirə olunur, ofis möhürlənir.

Həm bundan əvvəl, həm də sonra Mehman mütəmadi olaraq polis tərəfindən saxlanılıb. İki il əvvəl isə onun şəxsiyyət vəsiqəsi əlindən alınıb.

Mehman Hüseynov həm də ölkədən mühacirət edən və xaricdə Azərbaycan hakimiyyətinin sərt tənqidi ilə çıxış edən tanınmış hüquq müdafiəçisi Emin Hüseynovun qardaşıdır.

Son il yarım ərzində Mehman dostlarının evində qalıb. Yanvarın 9-da baş tutan növbəti həbsi zamanı onu döyüb, təhqir edib və bunu telefona çəkiblər. Növbəti gün məhkəməyə aparıb, polisə tabe olmadığına görə cərimə kəsiblər ki, bu da Azərbaycan üçün ənənəvi bir haldır.

Mehman işgəncələr barədə danışanda və ad çəkəndə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev bloqeri məhkəməyə verərək, onu böhtan atmaqda ittiham edir. Artıq martın 3-də isə Mehmana iki il müddətinə azadlıqdan məhrum etmə cəzası verilir, onu məhkəmə zalında həbs edirlər.

Vəkil Elçin Sadıqov danışır ki, bu, onun xatırladığı ən tələsik keçirilən məhkəmələrdən biriydi. Çox sayda prosesual normalar pozulub, məhkəmə həm də həbsin şahidlərini çağırmayıb, Baş prokurorluğun işgəncə faktlarını və ekspertizanın nəticələrini araşdırmaqdan imtina etməsi faktını nəzərdən keçirməyib. Ekspertiza isə baş tutub, qançır və zədə izləri qeydə alınıb. Polisdən olan şahidlər isə bildirib ki, “onun özü yıxılıb”.

Vəkil Elçin Sadıqov danışır: “Məhkəmə saat 12-də başlayıb və bir saat yarım davam edib, bu zaman da ancaq ittiham edən tərəf çıxış edib, bundan dərhal sonra da hökm oxunub. Şikayətlərimizdən heç birinə baxılmadı, müdafiəyə hazırlaşmaq imkanı verilmədi. Qərarın belə tez veriləcəyini gözləməsək də, Mehman möhkəmiydi”.

Mehmanın əsas auditoriyasının toplaşdığı sosial şəbəkələrdə Mehmanın həbsi qəzəblə qarşılandı, onlarla istifadəçi onun fotosunu özünün profil şəkli etdi. Maraqlıdır ki, əks reaksiya da oldu. “O, çoxlarına böhtan atıb. Zərrə qədər də yazığım gəlmir ona. Əcəb olub”, – Ləman Əsgərova adlı birisi yazır.

Repressiyaya uğramış bloqer və jurnalistlərin pislənməsi Azərbaycanda sosial şəbəkələr üçün adi haldır, bu zaman arqumentlər prokurorun mövqeyi ilə tam razılığını bildirməkdən başlayaraq “siyasi sığınacaq almaq istəyir” kimi fikirlərə qədər ola bilər. Mehman məsələsinə gəlincə, müəyyən dairələrdə onun haqqında belə bir fikir mövcuduydu ki, o, hakimiyyətin “cib müxalifətidir” , buna görə bütün provokasiyalarına baxmayaraq, indiyə qədər də azadlıqdadır.

Həbsdən bir gün sonra Vətəndaş Həmrəyliyi Partiyasının mənzil-qərargahında QHT, siyasi təşkilat nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər görüşüb. Görüşdə bloqerə kömək etmək üçün atılacaq addımlar müzakirə olunub.

“Hamımız bilirdik ki, Mehman gec-tez həbs olunacaq, – tanınmış araşdırmağı jurnalist, özü də keçmiş siyasi məhbus olan Xədicə İsmayıl deyir. – Bu gün də bizim vəzifəmiz həmin strategiyanın bütün səmərəsizliyini göstərməkdir. Deməli, Mehman həbsdə olduğu müddətdə onun yerini başqa jurnalistlər və bloqerlər tutmalıdır. Bu, həm onu, həm də başqa siyasi məhbusları qorumağın ən yaxşı üsuludur”.

 
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, Xədicə İsmayıl, hüquqşünas Nemət Kərimli
Soldan sağa: Tofiq Yaqublu, Müsavat partiyasının üzvü, keçmiş siyasi məhbus; Natiq Cəfərli, tanınmış iqtisadçı, Real siyasi hərəkatının üzvü
Mərkəzdə: keçmiş parlament spikeri və Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər
Son prezident seçkilərində müxalifətin keçmiş vahid namizədi, tanınmış tarixçi Cəmil Həsənli
 

Mehman Hüseynov ölkənin ən populyar bloqerlərindən biri, bəlkə də ən populyar olanıdır. “Facebook”da onun 104 min izləyici var, özünün videolarını isə Sancaq adlı səhifədə dərc edir. Məhz dərc edir, çünki onun həbsindən sonra da səhifə işləyir. Amma davamçıları video-ifşaları əvvəlki qədər populyar edə biləcəklərmi – məsələsi sual olaraq qalır.


More on JAMnews