Aksiyalar Almaniyanın üç media qurumunun redaksiyaları qarşısında ş tutub " />

Azərbaycanlı siyasi mühacirlər Almaniyada siyasi məhbusların müdafiəsilə bağlı aksiya keçiriblər

Aksiyalar Almaniyanın üç media qurumunun redaksiyaları qarşısında ş tutub

Azərbaycanlı siyasi mühacirlərin yaratdığı “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının üzvləri Almaniyanın Essen şəhərində Azərbaycanın siyasi məhbuslarının müdafiəsi məqsədilə üç aksiya keçiriblər.

DAS təşkilatı 2018-ci ilin iyununda Almaniyada yaradılıb. Bu müddət ərzində DAS üzvləri artıq bir neçə bu cür tədbir, o cümlədən də kansler Angela Merkelin iqamətgahının qarşısında aksiya keçiriblər.

Hazırkı aksiyalar Almaniyanın üç media qurumunun – Neue Rhein Zeitung, Westdeutsche Allgemeine Zeitung və Unsere Zeit nəşrlərinin redaksiyaları qarşısında baş tutub – Turan agentliyi məlumat verib.

Bu aksiyalar DAS-ın başlatdığı “Almaniya jurnalistlərindən siyasi məhbuslara dəstək” kampaniyasının bir hissəsidir.

Avropa Şurası və beynəlxalq hüquq müdafiə təşkilatları mütəmadi olaraq Azərbaycanı insan haqlarının pozulması hallarına görə tənqid edir. Hazırda ölkədə jurnalistlər də daxil olmaqla 80 nəfərdən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti onların siyasi motivlərlə məhkum olunduğunu inkar edir.

Dünya söz azadlığı indeksində Azərbaycan 179 ölkə arasında 166-cı yeri tutur.


More on JAMnews