Mehman Hüseynov böhtan ittihamı ilə iki il həbsdə olub və az qala əlavə müddət almışdı " />

Azərbaycanlı bloqer azadlığa çıxıb

Mehman Hüseynov böhtan ittihamı ilə iki il həbsdə olub və az qala əlavə müddət almışdı

Böhtan ittihamı ilə iki il müddətinə həbs olunan bloqer Mehman Hüseynov martın 2-də azadlığa çıxıb.

26 yaşlı Mehman Hüseynov Azərbaycan hakimiyyətini tənqid edən videobloqerdir. 2017-ci ilin mart ayında o polis bölməsində işgəncələrə məruz qaldığını bildirəndən sonra polis əməkdaşının ünvanına böhtan ittihamı ilə iki il müddətinə həbs edilib. Beynəlxalq təşkilatlar onu siyasi məhbus elan edib.

2018-ci ilin dekabr ayında həbs müddətinin bitməyinə bir neçə ay qalmış Mehman ədliyyə leytenantını döyməkdə ittiham olunub. Bloqer buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Həmin aksiyaya başqa siyasi məhbuslar və müxalifətçi fəallar da qoşulub. Bu məsələ hətta müxalifətin mitinq keçirməyinə əsas olub.

Mehmana qarşı yeni cinayət işi dayandırıldı.

• Mehman Hüseynovun aclığının təfərrüatları

• Bakıda müxalifətin siyasi məhbuslara dəstək mitinqi

• Azərbaycanda jurnalist olmaq nə deməkdir

Həbsxanadan çıxan kimi Mehman Hüseynov həbsxanada olarkən dünyasını dəyişən anasının qəbrini ziyarət edib, Turan xəbər verir.

Buradan 14 il əvvəl bu gün qətlə yetirilən jurnalist Elmar Hüseynovun anım aksiyasına yollanıb. Qətlin üstü hələ də açılmayıb.

Mehman Hüseynov xatırladıb ki, 2017-ci ildə Hüseynovun qəbri üstündə çıxış edəndən bir gün sonra həbs edilib və deyib ki, “Elmar kimi azad jurnalistika yolunu davam etdirəcək”.


More on JAMnews