Turistlərə Azərbaycana yeni nəzərlə baxmaq təklif olunur " />

Azərbaycanın yeni turizm brendi Böyük Britaniyada təqdim olunub

Turistlərə Azərbaycana yeni nəzərlə baxmaq təklif olunur

Azərbaycanın “Take another look” yeni milli turizm brendi Londonda Ümumdünya Turizm Sərgisində (WTM) təqdim olunub. Daha əvvəl brend Azərbaycan publikasına təqdim olunmuş və ziddiyyətli reaksiya doğurmuşdu.

• “Formula-1” Azərbaycanın nəyinə lazımdır? 

• İranlı turistlər Ermənistanın seyrinə gəlib 

• Gürcüstanın Batumi kurortunun cazibə sirləri 

Müəlliflərin ideyasına görə, loqotip “A” hərfini (Azərbaycan) simvolizə edir. Amma sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu loqotipi “A” hərfindən başqa hər şeyə oxşadıb. Assosiasiyaların çoxu isə açıq desək, xəcalət doğurur. Sosial şəbəkələrdə yalnız yerlilərə aydın olan çox sayda karikaturalar yayılıb.

Sloqan da tənqidə məruz qalıb. Ümumi fikir «Take another look» (başqa nəzərlə bax) cümləsinin Azərbaycanın ilk baxışdan bəyənilə bilməməsi, bəyənmək üçün diqqətlə baxmaq lazım olduğu yönündə uzlaşıb.

Brendi təqdim edərkən, Azərbaycan Turizm Bürosunun nümayəndələri bildiriblər ki,  “Azərbaycanın daha bir gözəlliyini ortaya çıxarmağı” qarşılarına məqsəd qoyublar. Onlar eyni zamanda yaxın gələcəkdə Azərbaycanın müxtəlif şəhərlərində keçiriləcək beynəlxalq yarışlar, həmçinin Almaniya, BƏƏ, Fransa və digər ölkələrdə də büronun nümayəndəliklərini açmaq planları haqda danışıblar.

Facebook Comments

More on JAMnews