Onlar hesab edir ki, yeni heyvan kəsimi qaydalarına riayət çox baha başa gəlir " />

Azərbaycanın Şəki şəhərində qəssablar tətilə başlayıb

Onlar hesab edir ki, yeni heyvan kəsimi qaydalarına riayət çox baha başa gəlir

Şəki şəhərinin [Bakının təxminən 400 kilometr şimal-qərbində] mərkəzi bazarında qəssablar artıq iki gündür ki, işə çıxmır,heyvan kəsmir və ət satmır, bazar müdiriyyətinin onlardan hər kəsilən heyvana görə 4 manat (təxminən 2$) götürməsinə etiraz edirlər. Bu, verilən yerə və sanitar yoxlamaya görə ödənişdir, çünki yeni qaydalara əsasən, heyvanı ancaq bunun üçün xüsusi olaraq ayrılmış yerlərdə kəsmək olar.

Bu da ətin qiymətini bahalaşdırır. Qəssablar narahatdır ki, qiymətin qalxması öz növbəsində, mallarına olan tələbatı azaldacaq və onlara ziyan vuracaq. Hazırda həmin bazarda bir kilo qoyun ətinin qiyməti 7-10 manat(4-6$), mal əti isə 10 manatdır (6$).

Bu haqda Turan agentliyi xəbər verirİnformasiyanı sosial şəbəkələrdə Şəkinin bəzi sakinləri də təsdiqləyir. Ət çatışmazlığından narahat deyillər – onu ala biləcəkləri başqa mağazalar da var. Dövlət qurumları hələ bu informasiyanı təsdiq etməyib, nə də reaksiya verməyiblər.

Eyni zamanda jurnalist Natiq Cavadlı özünün Facebook səhifəsində yazır ki, Şəki qəssablarından biri ilə zəngləşib və o, tətil faktını inkar edir.

Azərbaycan prezidentinin sərəncamı ilə iyunun ortalarından ölkənin hər yerində heyvan kəsimi ciddi nəzarət altına götürülüb. Buna Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.

•  İnəkləri və qoyunları küçədəcə, yoldan ötənlərin gözü qarşısında və əksər hallarda heç bir sanitar qaydaya əməl etmədən kəsirlər


More on JAMnews