Nardaran qəsəbəsi ancaq dindarlığı ilə məşhur deyil   " />

Azərbaycandan olan pomidorlarla on portret

Nardaran qəsəbəsi ancaq dindarlığı ilə məşhur deyil  

Nardaran Bakı yaxınlığında yerləşən qəsəbədir. Yerli sakinlər dindarlığı ilə tanınır. Həm də buradan Bakı bazarlarına ölkənin ən dadlı pomidorları satışa çıxarılır. 77 yaşlı Sadıx həyatının böyük hissəsini pomidor yetişdirir.

“1970-ci illərdən parnikim var. O vaxt parniklər şüşə və daşdan olub, onları tikmək çoxlu pul və zəhmət tələb edirdi. Böyük qardaşım Şərif kənddə ilk dəfə sellofan parnik qoyub. Bütün kəndlilər də bu “yeniliyin” axırının necə olacağını, tərəvəzlərin yetişib-yetişməyəcəyini izləməyə başlayıb. Yetişdi. Hamı da öz daş parniklərini sökdü”.

Sadıx deyir ki, qırx il əvvəl “Nüqbər” növü populyar olub. Bu pomidorlar çox tez yetirirdi. “Sonra da hamı “Qaratağ” əkməyə başladı. Üzdən iri, eybəcər idilər. Amma çox dadlıydı. Oranjereyalar yaranandan bu sortlar populyarlığını itirdi. Oranjereyalarda böyümürlər, camaata xeyir gəlmir. İndi əsasən “Drento” növünü əkirəm.

“Drento”nun əsas üstünlükləri — məhsulu çox olur və istiyə davamlıdır. Bərk sortdur, Moskvaya da göndərmək olar”.

“Biri var, pomidoru fevralda əkəsən — pomidor iri olur, biri də var iyulda. Pomidorlar çox eybəcər, həm də az olur. Çünki bu məhsul baharın nəfəsini almayıb”.

Sadıx deyir ki, pomidorlar mülayim temperaturu sevir, buna görə də yay ölü mövsümdür. Fermerlər tərəvəzi tez-tez sulamalı və böyük miqdarda gübrədən istifadə etməli olurlar, çünki pomidorlar istidə böyümək istəmir. Oranjereyalarda sellofana əhəng vururlar ki, daha az günəş şüası dəysin.

“Min şitilin olduğu bu parnikdə onlardan təxminən iki ton yığmaq olar”.

Sadıx pomidorları alverçiyə satır. Bir çox azərbaycanlı fermerlər kimi, özü satışla məşğul olmaq istəmir:

“Tərəzi, bazarda yer almaq lazımdır. Bunun hamısına da vaxt gedir. Alverçiylə işləmək daha asandır. Həm də pomidorun hesabına o qədər adama iş tapılır – mənə, alverçiyə, bazardakı satıcıya, yük maşını sürücüsünə”.

Biznes xeyir gətirirmi – sualına Sadıx qürurla cavab verir ki, bir dəfə də olsun ziyana işləməyib. “Qonşum isə bir dəfə həddən artıq çox gübrə qatdı, pomudorları da elə budaqların üstündəcə çürüdü”.

“Olur ki, qırmızı, ətli pomidor görürsən, kəsəndə də ağ, yemək üçün yaramayan damar çıxır. Torpağımızda parazitlər – nematodlar var, pomidorun kökünü yoluxdurur, orada da “kartoflar” – belə kiçik şişlər əmələ gəlir. Bu xəstəlik pomidor üçün əsl “xərçəng” xəstəliyidir, köklərə qidalanmaq imkanı vermir”.

Bazarda xəstə pomidoru sağlamdan necə ayırmaq olar? Sadıx bunun mümkünsüz olduğunu deyir. Kəsməsən, bilməyəcəksən.

“İnsan kimi, pomidor da dərmansız yaşaya bilmir. Barın üstündəki bu ağ ləkələr dərmandır. Sovkanın [zərərverici həşərat – redaktor qeydi] barı yeməməsi üçün.

Pomidorun ətli yeri yaşıl olanda isə bu, bir çoxlarının düşündüyü kimi, dərmandan deyil, sadəcə hələ tam yetişməyib”.


More on JAMnews