ADO teatrına artıq iki ildir ki, küçə tamaşaları göstərməyə icazə verilmir və bunun səbəbi izah edilmir " />

Azərbaycanda teatr Mədəniyyət nazirliyi ilə küçədə çıxış etmək hüququ uğrunda məhkəmə çəkişməsində

ADO teatrına artıq iki ildir ki, küçə tamaşaları göstərməyə icazə verilmir və bunun səbəbi izah edilmir

FOTO: “Toy” tamaşasından fraqment, foto İlkin Səlifovundur

ADO özəl teatrı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyini məhkəməyə verib və küçə tamaşalarının göstərilməsi ilə bağlı onlara rəsmi cavabın verilməsini tələb edib. Artıq iki ildir ki, teatr bunun üçün icazəyə nail olmağa çalışır, lakin hələlik yalnız səbəbi izah olunmadan şifahi rədd cavabı alıb.

• Azərbaycanda andeqraund incəsənəti – dəstək əvəzinə senzura

• Ermənistanda “kor xor”

• Gürcüsayağı fuete: üç hissəli foto-hekayə

“Ədəbsiz” ADO teatrı

ADO Azərbaycanda azsaylı özəl teatrlardan biridir. Onun repertuarını, əsas etibarilə, “qeyri-formal” tamaşalar, buffonada, ekssentrika təşkil edir. Bəzən erotika elementləri ilə. Azərbaycanda ADO-nun yaradıcılığı çoxlarına qəribə və ədəbsiz görünür.

Teatr altı ildir ki, mövcuddur. Bu vaxt ərzində onun Mədəniyyət və Turizm Nazirliyi ilə münasibətləri gərgin olub. Ötən il – ADO-nun yer problemi olanda nazirlik onları “öz qanadının altına almağı” təklif etdi, lakin belə bir şərtlə ki, tamaşalar senzuraya məruz qalacaq. Teatr bu təklifdən imtina etdi.

«Küçə uğrunda mübarizə»

2019-cu ilin sentyabr ayının 29-da ADO-nun bədii rəhbəri Elmin Bədəlov nazirliyin təmsilçisi Könül Cəfərovadan qəti “yox” cavabını eşidib. Bununla bərabər, o, cavabını rəsmi tərzdə, yazılı formada bildirməkdən imtina edib.

Bundan bir gün sonra Elmin Bədəlov tədbirlərin birində mədəniyyət naziri Əbülfəs Qarayevlə rastlaşıb və ürəyindəkilərin hamısını boşaldıb.

«Nazirdən qoyulan qadağanın qaldırılmasını tələb etdim. Və bildirdim ki, mədəniyyətimizi boğduğuna görə təəssüflənirəm və qadağanın qaldırılmasını tələb edirəm. Qarayevin istefa verməsini, mədəniyyətin qarşısından çəkilməsini tələb etdim. Müavinin məni saxlama cəhdlərinə baxmayaraq bütün sözlərimi dedim. Nazir “sözlərimi kəsmə” kimi acıqlı fikirlərlə məni saxlamağa çalışsa da mən bütün mədəniyyətin problemlərini qapıdan çıxana qədər arxasınca qışqırdım. Və bunu bütün tədbirlərdə edəcəm, qadağalarına son qoymayana qədər!», – Bədəlov özünün “Facebook” səhifəsində yazıb.

Bundan sonra baş verənlər barədə JAMnews-a teatrın vəkili Samirə Ağayeva danışıb:

«Biz məhkəməyə müraciət etmişik ki, vətəndaşların şikayətlərinə baxılması haqqında qanuna müvafiq olaraq, rəsmi və əsaslandırılmış cavab alaq. Başqa sözlə, biz istəyirik ki, teatra yazılı formada onlara imtina cavabının verilməsi izah edilsin. Cavab bizi qane etməsə, biz daha yuxarı instansiyalara, Ali Məhkəməyə qədər müraciət edəcəyik. Bu da nəticə verməsə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyik və bu halda iddia ifadə azadlığı hüququnun pozulması barədə olacaq».

Eyni zamanda, ADO hələ də icra hakimiyyətindən cavab gözləyir.

Bakıda küçə tamaşaları praktiki olaraq keçirilmir, rəsmi səviyyədə təşkil edilənlər istisna olmaqla.


More on JAMnews