İki çapar toqquşub, amma yüngüy zədələrlə qurtulub " />

Azərbaycanda tərəkəmə mədəniyyəti festivalı: alaçıq, cıdır və ox atma

İki çapar toqquşub, amma yüngüy zədələrlə qurtulub

Azərbaycanda “Yaylaq” ilk tərəkəmə mədəniyyəti festivalı keçirilib. İyulun 26-dan 28-ə qədər Gədəbəy rayonunda cıdır, atıcılıq və milli yeməklərin müşayiəti ilə tərəkəmə həyatı abu-havası davam edib.

• Azərbaycanda köçəri çobanlar: əsrlərlə həyatlarında heç nəyin dəyişmədiyi insanlar haqda 25 foto

• Azərbaycana xac başörtüyü kəlağayı – bu nədir və necə hazırlanır?

• İncəsənət, yoxsa sosial etiraz – Gürcüstanda strit-artı nə yönəldir?

Yaylaq adından da bəlli olduğu kimi tərəkəmə türk tayfalarının öz mal-qaraları ilə birlikdə yay aylarında köç etdikləri dağətəyi örüşlərdir.

Festival Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən (TIKA) “Azərbaycanda tərəkəmə mədəniyyətinin və icma ənənələrinin inkişafı və təbliğatı məqsədilə” təşkil edilib – AzərTac xəbər verir.

İştirakçılar həm Azərbaycandan, həm də Gürcüstan və Rusiya da daxil olmaqla ona yaxın qonşu ölkədən gəliblər.

Festival üçün xüsusi etno-qəsəbə salınıb. Qonaqlar alaçıqlarda yaşayıb, pəhləvanların güləşlərini, çapar və ox atanların yarışlarını izləyib, musiqi dinləyib və digər tematik zonalarda istirahət edə biliblər.

Festival demək olar ki, insidentsiz ötüşüb, cıdır yarışlarında iki çaparın toqquşmasını saymasaq, amma onlar da yüngül zədələrlə qurtulublar.

Foto: Milli Yaylaq Festivalı


More on JAMnews