Bakı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməsində israrlıdır" />

Azərbaycanda Avropa İttifaqı ilə əməkdaşlıq haqda nə düşünürlər?

Bakı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməsində israrlıdır

Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin necə inkişaf edəcəyi ilk növbədə Aİ-nin Qarabağ məsələsi ilə bağlı mövqeyindən asılı olacaq. Avropa İttfaqının rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini  bəyan etməsini  Azərbaycan prinsipial məsələ hesab edir.

Bakıda siyasətçilər də, ekspertlər də 2017-ci il 24 noyabrda Brüsseldə açılan Şərq Tərəfdaşlığı sammitini şərh edərkən belə bir yekdil mövqe ilə çıxış ediblər.

Azərbaycan və Avropa İttifaqı arasındakı gələcək əməkdaşlıq son bir həftədə daha aktual olub, çünki bu sammitdə Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq haqda sazişin imzalanması gözlənilirdi.

“Azərbayycan etiraz edərsə, Ermənistan sənədi imzalaya bilməyəcək… Ümumi sənəddə münaqişəni tanımaları göstərilməlidir”, – Milli Məclisin deputatı, plitoloq Rasim Musabəyov hesab edir.

MeydanTV-ə müsahibəsində o, bildirib:

“Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq olmaz, Bakı da bunda israr etməklə doğru addım atır. [Avropa İttifaqının sənədlərində] Ukraynanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü haqda müddəalar var, Azərbaycana yanaşma isə ümumidir, sadəcə öz müqəddaratını təyin etmək məsələsi qeyd olunub”.

Bəzi Azərbaycan siyasətçiləri və ekspertləri hesab edirlər ki, Kataloniya ilə bağlı vəziyyət Avropa İttifaqı üçün görk olmalıdır.

“Əgər bir neçə il əvvəl Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə müəyyən mənada barmaq arası yanaşırdılarsa, indi çox şey dəyişib. İndi Aİ birmənalı şəkildə anlayır ki, separatçılıq onun özünə də zərbə vura bilər. Kataloniya buna bariz nümunədir”, – Azərbaycanın Aİ-dəki nümayəndəliyinin rəhbəri, Azərbaycanın Belçika və Lüksenburqdakı səfiri Fuad İsgəndərov bildirib.

Avropa İttifaqı ilə əməkdaşlıq haqda analoji saziş Azərbaycanla da müzakirə olunur, amma bu sənədin imzalanıb-imzalanmayacağı Aİ və Ermənistan arasındakı sazişdə nələrin yer alacağından asılı olacaq.

Azərbaycan siyasətçiləri bu günlərdə Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyini qeyd ediblər.

“Aİ ölkələrinin investisiya strukturlarında payı 24 faiz təşkil edir. Azərbaycanda bu gün 1400-dən çox Avropa şirkəti fəaliyyət göstərir. Azərbaycan Aİ-nin səkkiz ölkəsi ilə strateji tərəfdaşlıq haqda memorandum imzalayıb”, –Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə bildirib.

“2007-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında imzalanan tərəfdaşlıq haqda razılaşma “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə ən vacib addımlardan biri oldu”, – Azərbaycan prezidentinin ictima-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib

Azərbaycan prezidentinin köməkçisi təəssüflə qeyd edir ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi həll olunmamış problemlər Azərbaycan və Aİ arasında yüksək səviyyədə tərəfdaşlığın inkişafına mane olur”.

“BMT və Aİ-nin müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir”, – cbc.az saytı Əli Həsənova istinadən yazır.


More on JAMnews