Müftə şərab və üzüm – hər şey dövlət hesabına " />

Azərbaycanda şərab festivalı – dövlət strukturları yeni şərab zavodunun reklamına sponsorluq edirlər

Müftə şərab və üzüm – hər şey dövlət hesabına

Azərbaycanda “Şirvan şərabları” üzümçülük və şərabçılıq kompleksinin ərazisində üzüm və şərab festivalı keçirilib. İştirakçıların danışdığına görə, bu tədbir faktiki olaraq yeni şərabçılıq müəssisəsinin reklamı xarakterini daşıyıb.

“Şirvan şərabları” şərabçılıq müəssisəsi 2018-ci ildə Bakı qeydiyyatı ilə açılıb, amma Şamaxı rayonunun Meysəri kəndində yerləşir.

Prezident İlham Əliyev və ölkənin birinci xanımı müəssisənin açılışında iştirak ediblər və buna prezidentin rəsmi saytında böyük məqalə həsr olunub.

“Meysari Wines” Facebook səhifəsində qeyd olunduğuna görə festival Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib. Təşkilatçılar müxtəlif dövlət qurumlarıdır, misal üçün, Kənd təsərrüfatı nazirliyi.

Şamaxı Bakıdan 120 kilometrlik məsafədə yerləşdiyi üçün festivalda iştirak etmək istəyənləri xüsusi avtobuslarda pulsuz gətiriblər.

Festivalda müftə üzm yeyib, şərab içmək və ya bu məhsullardan ucuz qiymətə almaq mümkün olub. Həmçinin müxtəlif tamaşa və əyləncələr də təşkil edilib.


More on JAMnews