Onlar pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar " />

Azərbaycanda pambıq sahələrində zəhərlənmələrin güman edilən günahkarları həbs edildi

Onlar pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar

Azərbaycanda on nəfər kənd təsərrüfatı işçisi pambıq sahələrində bir sıra zəhərlənmə hallarının baş verməsində günahkar bilinərək həbs ediliblər.

Bu ilin iyun ayında Azərbaycanın müxtəlif rayonlarındakı pambıq sahələrində pestisidlərlə dörd kütləvi zəhərlənmə halı baş vermişdi. Ümumilikdə, 200 nəfərdən çox pambıqçı zərər görmüş, lakin ölüm hadisəsi baş verməmişdi.

Baş Prokurorluq məlumat verir ki, istintaqın gəldiyi nəticəyə əsasən, zəhərlənmələrə səbəb zərərvericilərə qarşı kimyəvi vasitələrin istifadəsi zamanı qaydaların pozulması və tarlalarda texniki təhlükəsizlik qaydalarına riayət edilməməsidir.

Bu pozuntuda 10 nəfər aqronom, bitki mühafizəsi mərkəzlərinin rəisləri və digər məsul şəxslər ittiham olunurlar.


More on JAMnews