Seçkiqabağı kampaniya martın 19-da başlayır " />

Azərbaycanda növbədənkənar prezident seçkilərində yeddi namizəd qeydə alınıb

Seçkiqabağı kampaniya martın 19-da başlayır

Martın 12-də Azərbaycanda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı üçün sənəd qəbulu başa çatıb. Seçkilər aprelin 11-ə təyin edilib və Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün yeddi namizədi qeydiyyata alıb:

  • İlham Əliyev, Azərbaycanın hazırkı prezidenti, namizədliyi “Yeni Azərbaycan” iqtidar partiyası tərəfindən irəli sürülüb;
  •  Qüdrət Həsənquliyev, parlament üzvü, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
  • Araz Əlizadə, parlament üzvü, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;
  • Fərəc Quliyev, parlament üzvü, namizədliyi Milli Dirçəliş partiyası tərəfindən irəli sürülüb;
  • Zahid Oruc, parlament üzvü, namizədliyini özü irəli sürüb;
  • Hafiz Hacıyev, namizədliyi Müasir Müsavat partiyası tərəindən irəli sürülüb;
  • Razi Nurullayev, namizədliyi Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupu tərəfindən irəli sürülüb.

Namizədlərin rəsmi qeydiyyatı üçün 60 seçki dairəsindən (ölkədə ümumilikdə 125 seçki dairəsi var) 40 min imza toplamaq lazım idi.

Namizədlərin xeyrinə imza toplama prosesi diqqət çəkmədən keçib. Bir çox sosial şəbəkə istifadəçiləri bu dəfə heç kimin onların qapısını döyüb, hər hansı namizədin xeyrinə imza istəmədiyinə təəccübünü bildirib.

60 dairədə 40 min imza toplamaq çətin prosesdir. Təcrübə göstərir ki, bu, yalnız yerli icra orqanlarının köməyi ilə mümkündür”, – keçmiş MSK üzvü, hüquqşünas Akif Qurbanov “Azadlıq” radiosuna bildirib.

Ümumilikdə 15 nəfərin namizədliyi irəli sürülüb, onlardan biri daha sonra namizədliyini geri çəkib, yerdə qalan yeddi namizədin imza vərəqələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənməyib. Bununla belə, onlar 19 martda seçkiqabağı kampaniya başlayana qədər MSK-nın qərarından şikayət verə bilərlər və nəzəri cəhətdən namizədlərin sayının artması mümkündür.

Azərbaycanın əsas müxalif qüvvələri – Azərbaycan Xalq Cəbhəsi Partiyası və Demokratik Qüvvələrin Milli Şurası, Müsavat Partiyası, “Respublikaçı Alternativ” Hərəkatı və digərləri qarşıdan gələn növbədənkənar prezident seçkilərini boykot etmək qərarı alıb.


More on JAMnews