Baş prokurorluğun müvafiq araşdırmasını “ReAl” müxalifətə təzyiq kimi qiymətləndirir" />

Azərbaycanda müxalif “ReAl hərəkatı İrandan maliyyə aldğı barədə ittihamları rədd edir

Baş prokurorluğun müvafiq araşdırmasını “ReAl” müxalifətə təzyiq kimi qiymətləndirir

Azərbaycanda “ReAl” adı ilə geniş tanınan müxalif “Respublikaçı Alternativ” hərəkatı Azərbaycan Baş prokurorluğunun ittihamlarını qəti şəkildə rədd edir və İrandan hər hansı bir maliyyənin aldığını inkar edir. “ReAl”ın liderləri başlanmış araşdırmanın harakata qarşı təzyiq adlandırırlar.

“ReAl”ın versiyasına görə hadisələrin ardıcıllığı belədir:

Yanvarın 19-da müxalıf hərəkatın qərargahında İranın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilmişdir.

Bu görüşdən 6 gün sonra haqqın.az və virtualaz.org internet portallarında jurnalist Eynulla Fətullayevin məqaləsi dərc edilir. Məqalədə “ReAl” İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və onlardan maliyyə dəstəyi almaqda günahlandırılır.

Fevralın 28-də Baş prokurorluğun mətbuan xidmətinin rəhbəri Eldar Sultanov “Turan” informasiya agentliyinə verdiyi məlumatda bu işin “ciddi araşdırılmasının” başlanmasnı təsdiq edib.

“ReAl” hərəkatının İcraçı direktoru Natiq Cəfırli özünün “Facebook” səhifəsində bu ittihamları “cəfəng və absurd” adlandırıb.

Cəfərli yazır: “Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza qarşı təzyiqin artması deməkdir. REAL tam şəffaf fəaliyyət göstərən təşkilatdır, heç biraraşdırmadan da çəkinmirik. Bu günə qədər son 5 ildə REAL-ın ofisində 20-ə yaxın ölkənin səfiri, və ya səfirlik nümayəndələri görüşlərdə olub, siyasi təşkilatın işlərindən biri də görüşlər keçirməkdir. İran səfirliyinin nümayəndəsi özü görüş istəmişdi, ofisdə 8 gün qabaq görüş oldu, görüşdə ölkələrimiz arasında münasibətlər, iqtisadi, mədəni münasibətlərin perspektivləri müzakirə olundu. Səfirlik nümayəndəsinə həm Cənubi Azərbaycanda soydaşlarımızın durumu ilə bağlı, həm də İranın işğalçı Ermənistanla isti münasibətlərilə bağlı iradlarımızı da bildirmişik, Azərbaycanın dünyəvi dövlətçiliyinin bizim üçün qırmızı cizgi olduğunu da demişik”.

İran İslam Respublikasının səfirliyinin ikinci katibinin “Real” hərəkatının ofisinə gəlişi barədə informasiya hərəkatın rəsmi saytında açıq dərc edilib:

  • “Reespublikaçı Alnertativ” hərəkatı 299-cü ilin 18 martında Azərbaycan Konstitusiyasına dəyişikliklər barədə keçiriləcək referendum ərəfəsində yaradılmışdır. Sonradan hərəkat özünün siyasi partiyaya çevriləcəyini bəyan etmişdir.
  • Hərəkatın sədri İlqar Məmmədov 2013 il fevralın 13-dən etibarən həbsdədir, o, İsmayıllıda kütləvi iğtişaşların yaradılmasında təqsirli bilinib yeddi illik həbs cəzasına məhkum edilmişdir.
  • 2014-cü ilin may ayında İnsan Haqları üzrə Avropa məhkəməsi Məmmədova çıxarılan hökmün siyası motivlərinin olmasını təsdiq etmiş və Azərbaycan hökumətini ona 22 min avro təzminat ödəməli olması barədə qərar qəbul etmişdir. Lakin Azərbaycan höküməti hələ də bu qərara məhəl qoymur.

shahin_ilgar

İlqar Məmmədov


More on JAMnews