On ildən çoxdur ki, ölkənin əsas bayramı adi iş günlərindən biridir " />

Azərbaycanda Müstəqillik Günü: hiss olunmayan bayram

On ildən çoxdur ki, ölkənin əsas bayramı adi iş günlərindən biridir

İyirmi altı il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyi haqda qanun qəbul etdi və SSRİ-dən çıxdığını rəsmən bəyan etmiş növbəti respublika oldu. Üstəlik Azərbaycanın Ali Sovetinin qərarında deyilirdi ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edir və özünü 1918-ci ildən 1920-ci ilə qədər mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi hesab edir

Azərbaycana qədər SSRİ-dən çıxmaq qərarını üç Baltikyanı respublika, Gürcüstan və Ermənistan bəyan etmişdi.

Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə (1991-ci il noyabrın 9-u) olub, onun ardınca isə Rumıniya (11991-ci il dekabrın 11-i), Pakistan (1991-ci il dekabrın 13-ü), İsveç (1991-ci il dekabrın 23-ü), İran (1991-ci il dekabrın 25-i), ABŞ (1992-ci il yanvarın 23-ü), Rusiya (1992-ci il aprelin 10-u) və digərləri. 1992-ci il martın 2-də Azərbaycan BMT üzvü olub.

Dövlət müstəqilliyi günü hələ 1992-ci ildə ümumxalq bayramı və qeyri-iş günü elan edilib. Ənənəvi olaraq həmin gün xarici dövlət başçıları Azərbaycan prezidentinə təbrik məktubları göndərərdi.

Amma 2006-cı ildə respublika parlamenti əmək məcəlləsinə dəyişiklik etdi və gözlənilmədən bayram statuslarını saxlasa da Müstəqillik Gününü və digər iki bayram gününü iş günü elan etdi.

O vaxtdan bəri respublikanın bir çox vətəndaşları, xüsusən də gənc nəslin nümayəndələri 18 oktyabrın nə günü olduğunu belə bilmirlər. Xarici dövlət başçıları təbrik məktublarını mayın 28—də, 1918-ci ildə ilk respublika elan olunduğu gün göndərməyə başladılar.

Bu gün Bakı küçələrində bayramı xatırladan şəhər avtobuslarına vurulmuş kiçik dövlət bayraqlarıdır. Ümumilikdə isə bu, adi günlərdən biridir.

Bütün bu illər ərzində cəmiyyətdə parlamentin əsas dövlət bayramını iş günü elan etməsi haqda qərarın nə dərəcədə məqsədəuyğun olduğu ətrafında mübahisələr səngimir. Facebook-dakı bugünkü şərhlərin bəzilərini təqdim edirik:

Müstəqilliyə qarşı səs verənlər bu günü xallqın yaddaşından silmək istəyirlər”.

Bu, siyasi paxıllıq nümunəsidir. Axı prezidentimizin atası Heydər Əliyevin bu günə heç bir aidiyyəti yoxdur. Onun adı ilə bağlı olan bütün bayramlar isə istirahət günü elan edilib”.

Əcnəbi dostum mənə sual verib: sizin müstəqillik gününüzün şərəfinə keçiriləcək parada gedib baxa bilərəm? Acizanə şəkildə çiynimi çəkdim, çünki məntiq burda gücsüzdür”.


More on JAMnews