Turizm sahəsində çalışanların sayı min nəfər artıb" />

Azərbaycanda mehmanxanalar çiçəklənir

Turizm sahəsində çalışanların sayı min nəfər artıb

Turizm sahəsində yeni rəsmi statistika maraqlı rəqəmləri ortaya çıxarır:

  • Azərbaycan mehmanxanaları ötən illə müqayisədə 1.5 dəfə (42,9 faiz) daha artıq qonaq qəbul edib.
  • Turistlər ölkədə orta hesabla iki gecə keçiriblər – ötən illə müqayisədə iki dəfə artıq.
  • Ən çox turist az əvvəl yeni turist kompleksinin açıldığı Qəbələ rayonuna gəlib. Burada mehmanxanalardakı yerlərin 88 faizinin dolduğu göstərilir.
  • Turizmdən gələn gəlir ümumilikdə ilk yarım illik üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.
  • Turizm sahəsində hazırda on min nəfər çalışır, bu isə ötən illə müqayisədə 11,8 faiz çoxdur.

“Statistika regionlar üzrə maraqlı göstəricilər nümayiş etdirib. Məlub olub ki, Qəbələ və Şahdağ faktiki olaraq uğurlu turizm məhsuluna çevrilib”, – iqtisadçı ekspert Toğrul Maşallı deyir.

Qəbələ rayonunda və Şahdağ Milli Parkında (müvafiq olaraq Azərbaycanın Şimalında və Şimal-Qərbində) az əvvəl yüni turizm kompleksləri: bir neçə otel və süni qarlı dağ-xizək kurortu inşa edilib.

Toğrul Maşallının məqaləsindəki göstəricilərdən istifadə edilib.


More on JAMnews