İnsanlar narazıdır və cəriməni çox yumşaq cəza hesab edirlər " />

Azərbaycanda məmur dənizi çirkləndirdiyi üçün cərimələnib. Bu artıq mövsümün ikinci haidisəsidir

İnsanlar narazıdır və cəriməni çox yumşaq cəza hesab edirlər

Bakı Su Kanalı İdarəsinin rəisi Qabil Quliyev çirkab sularını Bakı yaxılınlığındakı Buzovna qəsəbəsi ərazisində bir başa Xəzər dənizinə axıtdığı üçün vəzifəli şəxs kimi 2500 manat (1480 dollara yaxın) həcmində cərimələnib.

Buna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xəttinə” gələn zəng səbəb olub. Aparılmış ekspertiza göstərib ki, əslində suyun tərkibində çirkləndirici maddələrin səviyyəsi normanı aşır.

Su Kanalı – Azərbaycanın şəhərlərində su təchizatı və kanalizasiya ilə məşğul olan kommunal müəssisəsidir.

Buzovna Bakı ətrafındakı qəsəbələrdən biridir. Yayda buradakı çimərlikdə şəhər sakinləri dincəlir. Hər mövsüm insanlar burada dənizin (digər çimərliklərdə olduğu kimi) çox çirkli olduğundan şikayətlənir, amma buna görə heç kim məsuliyyət daşımır. Hərçənd bu yay artıq məmurun dənizi çirkab suları ilə çirkləndirdiyi üçün cərimələndiyi ikinci hal baş verir. Təxminən bir az əvvəl Sumqayıt şəhər Su Kanalının rəisi Darvin Hüseynov cərimələnib. Dənizin çirkləndirilməsi ona 3000 manata (1775 dollara) başa gəlib.

Amma sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, cərimələr çox yumşaq cəzadır və aşağıdakıları təklif edirlər:

“Onu cərimələmək yox, həbs etmək lazımdır”

“İşdən qovmaq lazım idi”

“Onun özünü bu çirkab suyuna soxmaq lazımdı…”

Bununla yanaşı yenə də yerli çimərliklərdə çimməyə dəyərmi sualı gündəmə gəlib:

“2005-ci ildən Xəzər dənizində çimməmişəm, sizə də məsləhət görmürəm. Həyatınızla risk etməyə dəyməz”

“Adam dənizə getmək istəyir, amma bu il xarici kurortlara n`ə vaxt çatdı, nə də pul, bizim dənizdən isə iyrənirəm. Uşaqlarıma isə ümumiyyətlə bu suya girməyə imkan vermərəm”

“Bizim çimərliklərdə çimən zaman əsas odur ki, bu suda nə qədər zir-zibil üzdüyü haqda düşünməyəsən: bağırsaq çöpündən tutmuş naməlum şeylərə qədər. Biz necə sağ qala bilmişik indiyə qədər?…”


More on JAMnews