Sosial şəbəkələrdə bəziləri qurbanı günahlandırır, digərləri isə onun ailəsindən alınmasını tələb edir " />

Azərbaycanda məktəbli qıza təcavüz: ictimaiyyət məsələnin araşdırılmasını, atası isə onun ehtimal olunan təcavüzkarla evlənməsini istəyir

Sosial şəbəkələrdə bəziləri qurbanı günahlandırır, digərləri isə onun ailəsindən alınmasını tələb edir

Azərbaycanın Lerik rayonunda 14 yaşı məktəblinin təcavüzə məruz qaldığı haqda məlumat sosial şəbəkə və KİV-də yayılaraq, güclü ictimai reaksiya doğurub.

Təsdiqlənməmiş məlumata görə, yeddinci sinif şagirdi yerli məmurlardan birinin qardaşı oğlu 24 yaşlı Elnur Məmmədov tərəfindən təcavüzə uğrayıb və hazırda dörd aylıq hamilədir. Üstəlik oğlan baş verənləri videoya çəkib və onu şantaj edib. Bütün bunlar yerli sakinlərə məlum olandan sonra oğlanı linç etmək istəyiblər, qızın ailəsi isə Bakıya gedib. Qafqazinfo saytı yazır ki, bu xəbərin ilk mənbəyi “Tolışi Sədo” qəzetinin redaktoru Rafiq Cəlilov olub. Digər media jurnalistləri Lerikə gələndə yerli sakinlər təcavüzün həqiqətən baş verdiyini və ətrafda hər kəsin bu haqda bildiyini deyiblər.

Sayt ehtimal olunan qurbanın atası ilə əlaqə yaratmağa çalışıb, amma o, danışmaq istəməyib. Əvəzində Azxeber saytına müsahibə verib və qızının təcavüzə uğradığını və hamilə olduğunu qətiyyətlə inkar edib. Onun sözlərinə görə, adı çəkilən oğlan onların ailə dostudur və məktəbli qızı evlənmək niyyəti ilə qaçırmaq istəyib. Amma atası buna mane olub və bildirib ki, qız yetkinlik yaşına çatana qədər toyu ləngitmək lazımdır.

1news agentliyinin xəbərinə görə, Lerik rayon prokurorluğundan bildiriblər ki, onlara təcavüzlə bağlı şikayət daxil olmayıb.

Amma jurnalistlər və ictimai fəallar başda olmaqla bir çox sosial şəbəkə istifadəçiləri əmindir ki, təcavüz həqiqətən baş verib və indi işi ört-basdır etməyə çalışırlar. Jurnalist Xədicə İsmayıl onlayn imza toplamağa başlayıb, bu müraciətdə o, hakimiyyəti, xarici səfirlikləri və beynəlxalq təşkilatları hadisəni aydınlaşdırmağa, araşdırma aparmağa, günahkarları cəzalandırmağa və qızı təcavüzkarı təmizə çıxarmağa çalışan valideynlərinin əlindən almağa çağırıb.

Qızın atasının “ailə dostu” ilə evlilik hazırlığı haqda danışarkən, potensial gəlinin fikrini soruşmayacaqlarını bildirməsi insanları daha da qəzəbləndirib.

Sosial şəbəkələrdə bu hadisəni müzakirə edərkən, adətən olduğu kimi insanlar iki yerə bölünüb:

– bir qism baş verənlərin dəhşətli cinayət olduğuna əmindir və ədalət tələb edir;

– digərləri isə təcavüzün olduğuna şübhə edir, bilavasitə və ya dolayısı ilə qızı yüngüllükdə günahlandırır. Necə deyərlər, “gəzib, hamilə qalıb, indi də özünü təmizə çıxarmağa çalışır”.

Facebook Comments

More on JAMnews