Bu, son 20 ildə ilk dəfə baş verir " />

Azərbaycanda iyun: rekord həddə istilər və 16 günvurma hadisəsi

Bu, son 20 ildə ilk dəfə baş verir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Azərbaycanda bu ilki iyun son 20 ilin ən isti iyunudur. 

Cəmi bir gün ərzində, iyunun 24-də və tək Bakıda 16 nəfəri gün vurub, onlar xəstəxanaya müraciət edib. 

• Azərbaycan çimərliklərində insanlar niyə boğulur?

• Azərbaycanda “günəş” çörəyini necə bişirirlər

Qafqazinfonun məlumatına görə, zərərçəkmişlərin on nəfəri xəstəxanaya yerləşdirilib, qalanlarına isə yardım göstərilib və onlar evə buraxılıb. 

Keçən il bütün iyun ayı ərzində 14 günvurma hadisəsi baş verib. Halbuki onda da Hidrometrologiya Mərkəzi anomal isti ilə bağlı həyəcan təbili çalırdı.  

İyunun 24-də Azərbaycanda temperatur 37 dərəcəyə çatıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, bu iyun ayı üçün rekord göstəricidir. 

 «Son 30 ildə Azərbaycanda temperatur 1,4 dərəcə artıb və mən düşünürəm ki, bu dramatik artımdır. Bu, iqtisadiyyatın bəzi sahələrinə müəyyən təsir göstərir», – Report nazirə istinadən bildirir. 

Bakılılar sosial şəbəkələrdə durmadan istidən, Bakıda ağac azlığından və tenis parklarının olmağından şikayət edir. 

Ekoloqların sözlərinə görə, istilər bir neçə gün davam edəcək

Facebook Comments

More on JAMnews