Müxalifət hesab edir ki, hökumət onun ideyasını mənimsəyib" />

Azərbaycanda dövlət vətəndaşların əvəzinə problemli kreditlərin bir hissəsini ödəyəcək

Müxalifət hesab edir ki, hökumət onun ideyasını mənimsəyib

Azərbaycanda dövlət vətəndaşların kredit borclarının devalvasiya üzündən yüksəlmiş hissəsini ödəyəcək.

• Azərbaycanda problemli kreditlər barədə ətraflı 

• Azərbaycanda vergi islahatının əhaliyə təsiri necə olacaq

2018-ci ilin noyabr ayında müxalifətçi “Respublikaçı alternativ” (“REAL”) partiyası kreditlərin bir hissəsinin dövlət hesabına kompensasiyası təklifi üzrə imza toplanışına başlamışdı.

Prezidentin həmin fərmanı imzalamasına cəmi bir saat qalmış “REAL” elan etdi ki, təklifin dəstəklənməsi üçün 41658 imza toplayıb və onu parlamentə layihə şəklində təqdim etməyə hazırlaşır.

“Dollar” kreditləri

Kreditlərlə bağlı problem 2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğramasından sonra başladı. Bir çoxlarında banklarla müqavilədə kredit faizləri dolların məzənnəsinə bağlanmışdı. Dolların iki dəfə yarım bahalaşması üzündən insanlar kredit üzrə faizləri manatla devalvasiyaya qədər olduğundan iki dəfə artıq ödəməli oldular.

İqtisadçı Natiq Cəfərlinin hesablamalarına görə, təxminən 700 min insanın (əhalinin az qala 7%-nin) bu cür kreditləri var.

Ötən ilin noyabrında “REAL” partiyası üç təklif üzrə imza toplanmasına başladı: “dollar” kreditlərinin dövlət hesabına kompensasiyası, ali təhsilin tamamilə pulsuz və mer vəzifəsinin seçkili olması.

Azərbaycan Konstitusiyasına görə, parlamentə qanun layihəsi təqdim etmək üçün vətəndaşlardan 40 min imza toplanması tələb olunur.

Fevralın 25-də iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirədə prezident İlham Əliyev bildirdi ki, artıq iki aydan çoxdur ki, xüsusi işçi qrupu problemli kreditlərlə məşğuldur.

Fevralın 28-də “REAL” mətbuat konfransı keçirdi və burada partiya sədri İlqar Məmmədov tələb olunan imzaların toplandığını, tezliklə qanun layihəsinin parlamentə təqdim olunacağını bildirdi.

Bu mətbuat konfransından bir saat sonra prezidentin fərmanı dərc edildi.

“REAL” partiyasının lideri İlqar Məmmədov özünün “Facebook” səhifəsində yazıb ki, prezident fərmanı az qala tamamilə qanun layihəsində əks olunmuş sxemi təkrarlayır. Lakin daha az ədalətli və effektivdir, belə ki, məsələn, yalnız fiziki şəxslərə şamil olunur.

Digər tələblər

– Bakı şəhərinin meri vəzifəsini seçkili etmək. Hələlik Bakı merin prezident tərəfindən təyin edildiyi yeganə Avropa paytaxtıdır;

– Ölkədə ali təhsilin tamamilə pulsuz olması. Hazırda dövlət ali məktəblərində ödənişli və pulsuz şöbələr var. Qəbul imtahanlarında ən yüksək balları toplamış tələbələr pulsuz təhsil alırlar.


More on JAMnews