Burada bu xəstəlik nəinki təhlükəlidir, həm də çox bahalıdır, dövlətin dəstəyinə isə nail omaq lazım gəlir" />

Azərbaycanda diabetli insanların həyatı haqqında: hekayələr, problemlər, miflər

Burada bu xəstəlik nəinki təhlükəlidir, həm də çox bahalıdır, dövlətin dəstəyinə isə nail omaq lazım gəlir

Azərbaycanda diabet xəstələrinin faiz nisbəti dünyadakı ümumi vəziyyətlə müqayisə olunan olsa da, əsas çətinlik ondan ibarətdir ki, dövlət bu cür pasiyentlərə lazım olduğu keyfiyyətdə və lazım olduğu qədər yardımı təmin edə bilmir. Həm həkimin yazdığı dərmanın alışı, həm qanda şəkərin səviyyəsinin yoxlanılması problemə çevrilir və hətta poliklinikada “dövlət” insulinini əldə etmək heç də həmişə mümkün olmur.

Son rəsmi məlumatlara əsasən, Azərbaytcanda 264 min diabet xəstəsi var. Beynəlxalq Diabet Federasiyası başqa rəqəm açıqlayır – böyüklər arasında təminən 485 min nəfər – başqa sözlə, yaşlı əhalinin yeddi faizi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu göstərici bütün dünya üzrə 5,2 faiz təşkil edir.

Diabetli insanlar necə yaşayırlar və onlara nə ilə kömək etmək olar?

“Diabet həyat tərzidir”

N

ahardan sonra Baba təbəssümlə xəbər verdi ki, iynə vurmalıdır – flomasterə bənzəyən şrpisi götürüb getdi.

Baba altı yaşında ikən diabetə düçar olub – 2000-ci ildə Bakıda baş vermiş zəlzələdən sonra – çox güman ki, stressdən. Bakıda həkimlər deyirlər ki, həmin il uşaq diabetində “partlayış” baş vermişdi.

İndi Babanın 25 yaşı var. O, özünü xəstə, yaxud da əlil hesab etmir. Hərçənd, uşaqlıqqda xstəliyini gizləıdirdi, çünki kiminsəı ona yazıöının gəlməsini xoşlamırdı.

“Ola bilsin ki, uşaq vaxtı şokolad yeyə bilməməyimə görə pis olurdum, amma indi kifayət qədər rahat və tam dəyərli həyatımı yaşayıram”.

Baba dostları ilə görüşür, sevgilisi var, pablarda bas-gitarada ifa edir. Lakin bununla birlikdə ciddi rejimə riayət edir: hər gün qanında şəkərin səviyyəini ölçür (xüsusi aparat olan qlükometrlə), pəhriz saxlayır və mütəmadi olaraq insulin iynəsi vurur. İnsulin şprisini, demək olar ki, həmişə özü ilə gəzdirir.

“Bir dəfə insulin şprisimi oğurlamışdılar. Onu pul kisəsinə oxşayan çexolda gəzdirirəm. Ümid edirəm ki, onu götürən özünə vurmayıb. Sağlam adam bədəninə insulin yeritsə, ya öləcək, ya da diabetə tutulacaq”.

Şəkərli diabet – mədəaltı vəzinin hormoni olan insulinin çatışmazlığı üzündən qanda şəkərin daim yüksək səviyyədə olması ilə səciyyələnən xroniki xəstəlikdir. Bu, maddələr mübadiləsinin pozulmasına, qan damarlarının, sinir sisteminin, daxil oranların zədələnməsinə gətirib çıxarır. Ağırlaşmaları ilə təhlükəlidir.

Adəti üzrə, Azərbaycanda insanlar diabetin nə olduğu barədə az bilirlər və onu mifləşdirməyə meyllidirlər. Misal üçün, onu dəhşətli və öplümcül xəstəlik hesab edirlər, yaxud da fikirləşirlər ki, diabet çoxlu şirin qida məhsullarının yeyilməsindən sonra yarana bilər.

Professor-endokrinoloq, Beynəlxalq Diabet Federasiyasının üzvü Valeh Mirzəzadə deyir:

“Hallar olur ki, xəstəyə müəyyən müddət üçün insulin iynəsi təyin olunur, onun doğmaları və özü isə düşünürlər ki, bu ömürlükdür. Həmçinin SSRİ dövründə yaranmış yanlış düşüncə var ki, bunun çarəsi qarabaşaq və ya soyutma kartofdur”.

Valeh Mirzəzadə deyir ki, genetika diabetin inkişafı üçün əsas ola bilər, lakin hər şey mühitdən də asılıdır: stress, düzgün olmayan qidalanma, az hərəkətli həyat  tərzi zərərlidir.

Diabetin növləri:

  1. İnsulindən asılı diabet (birinci tip diabet) – əsasən uşaqlıqda və gənclik illərində inkişaf edir, əksər hallarda güclü stresdən sonra. İnsulin iynələri olmadan bu tip diabet xəstəsi ən çoxu üç gün yaşaya bilər.
  2. İnsulindən asılı olmayan diabet (ikinci tip diabet) – adətən 40 yaşından sonra artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinir. Xəstəliyin ən yayılmış tipidir – xəstəlik hallarının 80-85 faizi. Bu tip diabet xəstələrində iynə tələb olunmur, şəkərin səviyyəsi tabletlərlə nəzarətdə saxlanılır.

19 il ərzində Babada xəstəliklə əlaqədar heç bir ağırlaşma olmayıb. Halbuki o, bir neçə dəfə şəkərin səviyyəsinin yüksək, yaxud aşağı olmasının gətirib çıxara biləcəyi iabetik komanın astanasında olub.

“Bir dəfə dostumun evində gecələdim və “uzun iynə”ni (24 saat təsir edən) götürməmişdim. Adətən, bunu yatmazdan əvvəl vururam. Səhər ürəyim çox bilanırdı, sümüklərim, onurğam ağrayırdı. Əvvəlcə nəyin baş verdiyini heç anlamadım da, lakin xətəxanaya gedəndə məlum oldu ki, şəkər normadan dörd dəfə çoxdur.

Xəstəxanada iki gün qaldım. O vaxt işləyirdim və tibbi sığortam vardı. Lakin diabetə görə xəstəxanaya çatdırıldığımı öyrənəndən sonra mənə ödəniş etməkdən imtina etdilər. Çünki “diabet xəstəlik deyil, həyat tərzidir”.

Bu ifadəni deyəndə o anlaşılır ki, sadə qaydalara riayət etməklə xəstəliyi nəzarətdə saxlamaq mümkündür, deməli, o, elə də dəhşətli deyil.

Pulsuz insulin

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlaşırlar, lakin diabeti olan insanların maraqlarının necə nəzərə alınacağı hələlik məlum deyil. Onları pulsuz insulinlə təmin edən dövlər proqramı bundan sonra olmayacaq.

Hələliksə pulsuz insulin yaşayıç yeri üzrə poliklinikalarda paylanır. İnsanlar pora repept üçün gəlirlər, daha sonra poliklinikanın nəzdindəki aptekə gedirlər. İnsulini hər ayın 5-də verirlər və həmin gün poliklinikada uzun növbə düzülür.

Biz diabetli insanlar arasında sorğu keçirdik və məlum oldu ki, dövlətin köməyi ilə bağlı əsas problemlər bunlardır:

  1. Bəzən elə olur ki, poliklinikalarda insulin “çatışmır”, halbuki bütün xəstələr qeydiyyatdadır və nəzərə alınıb.
  2. Tərkibində insulin olan bütün preparatlar fərqlidir vı tez-tez elə olur ki, həkimin yazdığı daha uyğun dərmanı xəstələr özləri almalı olurlar, bu isə çox bahadır. Dövlətin aldığı ucuz preparatdan istifadə isə bu cür pasientlər üçün təhlükəlidir.
  3. Pulsuz yalnız dərmanları deyil, şəkərin səviyyəsini yoxlamaq üçün test zolaqlarını da almaq pis olmazdı.

Azərbaycan büdcəsindən rəsmi qeydiyyatdan keçmiş hər bir diabet xəstəsi üçün orta hesabla 120 manat vəsait ayrılır. 18 yaşına çatmamış xəstələr xüsusi pensiya alırlar – o da 120 manat. Sonradan onlar tibbi baxışdan keçirilir və komissiya “əlillik dərəcəsini” müəyyyənləşdirir ki, buna görə də onlara pensiya düşür – aylıq 110 manatdan 150 manata qədər. Müqayisə üçün, 24 saatlıq Trisiba preparatının bir ədədi 50 manat, özəl klinikada müayinə təxminən 300 manatdır.

Kiçik şəhərlərdə “diabet məktəbləri” – nə baş verib?

А

zərbaycan Diabet Cəmiyyəti Bakıda 1995-ci ildən fəaliyyət göstərir. Cəmiyyət diabetə düçar olmuş qızcığazın anası Möminat Ömərovanın sayəsində yaranıb.

Möminat xanım deyir ki, 80-ci illərdə diabet xəstələrinin həyatı indikindən ağır idi.

“O zaman bizdə insulinlə bağlı çoxlu problem vardı, müasir qlükometrlər yox idi. Bəzən Afanın halı pis olurdu, mən isə bilmirdim ki, bu, şəkərin yuxarı səviyyəsinə görədir, ya aşağı səviyyəsinə görə. Məndən kefimi soruşanda özümdən ixtiyarsız gözümdən yaş gəlirdi”.

Möminat Ömərova Xrici Dillər İnstitutunun dosenti kimi Böyük Britaniyaya ixtisasartırmaya getmişdi. Orada o, Britaniya Diabet Assosiasiyasının işi barədə çox maraqlı məlumat öyrənib, qayıdandan sonra isə Bakıda diabet cəmiyyəti təşkil edib.

Bu təşkilat diabetli insanların hüquqlarının müdafiəsi ilə məşğul olur, tədris layihələri həyata keçirir və dərsliklər çap edir. Bəzən Səhiyyə Nazirliyi ilə mübahisə edir və sübut edir ki, diabet xəstələri üçün büdcəni azaltmaq olmaz. Məhz ADC diabüet haqqında qanunun qəbuluna və insulinlə təminat üzrə proqramın hazırlanmasına nail olub.

Ömərovanın sözlərinə görə, Səhiyyə Nazirliyində ADC-nin köməyinə ehtiyac var, belə ki, bir çox hallarda yerlərdə qərarların həyata keçirilməsini izləyə bilmirlər, misal üçün, regionlarda – belə bir hala rast gəlinib ki, yalnız nazirə zəng edəcəkləri barədə hədə-qorxu gəldikdən sonra uşağa lazım olan preparat verilib.

“Məmurlar üçün qısamüddətli fayda vacibdir, onlar ağırlaşmaları olan çox sayda insanın ölkənin iqtisadiyyatına sonradan necə zərbə vurduğu barədə düşünmürlər.

2018-ci ildə mən xeyli sayda məktub yazmalı oldum ki, Azərbaycanda Ukraynanın “İndar” insulininin istehsalı üzrə zavodun tikintisi dayandırılsın – bu insulin keyfiyyət yoxlamasından keçirilməyib və ağırlaşmalara səbəb olur. Nəticədə, bizdə alındı – zavod başqa preparatlar istehsal edəcək.

Biz Bakıda bir, rayonlarda isə altı “diabet məktəbi” açmışıq. “Məktəblər” poliklinikada, xəstəxanada bir otaqdan ibarətdir və burada həkimlər və tibb bacılarına təlim keçilir. Təəssüf ki, zaman keçdikcə rayonlarda bütün bu kabinetlər dağıdıldı.

Məsələn, mən Sumqayıtda bir xəstəxananı yoxlamaq üçün getmişdim. Məlum oldu ki, həkim oaradan çıxıb gedib, biz açdığımız kabinetdə isə onun bacısı – oftalmoloq işləyir, şkaf yoxdur, kompüter isə baş həkimin otağındadır”.

Hazırda ADC bu əyalət layihələrinin icrasını dayandırıb və yalnız ona görə yox ki, avadanlıqlar oğurlanır, həm də qeyri-hökumət təşkilatlarının işini xeyli çətinləşdirən Azərbaycan qanunvericiliyi üzündən.

Fəaliyyətdə daha bir çətinlik ondan ibarətdir ki, insanları “diabetik intizam”a öyrətmək çətindir, misal üçün, pəhrizə və həkimin tapşırıqlarına riayət etməyə. “Hansı insulini verirlərsə, onu da vururlar, – Möminat Ömərova şikayətlənir. – Həkimlərə gəlincə, rayonlarda təşkil etdiyimiz təkmilləşdirmə kurslarından sonra vəziyyət xeyli yaxşılaşıb”.


More on JAMnews