Daha dörd nəfəri xilas etmək mümkün olub " />

Azərbaycanda çimərlik mövsümü hələ açılmayıb, lakin artıq bir nəfər batıb

Daha dörd nəfəri xilas etmək mümkün olub

Azərbaycanda çimərlik mövsümü rəsmi olaraq hələ ki, açılmayıb. Lakin artıq bir nəfər batıb. Daha dörd nəfəri xilas etmək mümkün olub.

• Azərbaycan çimərliklərində insanlar niyə batır?

• Xəzərdə dənizində balıq tutmağın özəllikləri

Azərbaycanın şimal-qərbində yerləşən Mingəçevir su anbarında sərxoş halda çimən 18 yaşlı gənc batıb. Bu barədə ONA.az xəbər verib.

Daha dörd nəfər Bakının yaxınlığında Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşiblər, lakin xilasedicilər onların köməyinə gəliblər.

Fövləladə Hallar Naziliyinin nümayəndəsi Aqşin Əlili deyir ki, iyunun 1-dən xilasedicilər gücləndirilmiş iş rejiminə keçiblər. Rəsmi olaraq çimərlik mövsümü hələ iyunun 15-də açılacaq, lakin buna baxmayaraq, Azərbaycanda artıq havalar çox istidir və insanlar çimərliklərə üz tutublar.

Bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərə gedən avtobuslarda dənizdə çimənlər üçün təhlükəsizlik qaydaları çap olunmuş xüsusi bannerlər yerləşdirilib.

Fövləladə Hallar Naziliyinin məlumatına əsasən, 2018-ci ilin yay mövsümündə Xəzərdə və Kür çayında 50-yə yaxın adam batıb.


More on JAMnews