İnternetdəki təhqirlərə görə də cərimə nəzərdə tutulub " />

Azərbaycanda böhtana, təhqirə və şəxsi həyata müdaxiləyə görə cərimələr yüksəlir

İnternetdəki təhqirlərə görə də cərimə nəzərdə tutulub

Azərbaycanın Milli Məclisi (parlamenti)böhtan, təhqir və şəxsi həyata müdaxiləyə görə cəriməni bir neçə dəfə artırmağa hazırdır. Dəyişikliklər layihəsinə əsasən cərimələrin həcmi üç dəfədən on dəfəyə qədər artırılacaq.

Cinayət Məcəlləsinə dəyişiklik layihəsi artıq parlamentin hüquq komissiyası tərəfindən təsdiqlənib. Aprelin 25-də plenar iclasda səsverməyə qoyulacaq.

Dəyişikliklər layihəsinə əsasən 147-ci maddənin birinci bəndi (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) üzrə minimal cərimə on dəfə artırılacaq. “100 manatdan 500 manata qədər cərimə” (müvafiq olaraq 55.5 avrodan 83.3 avroya qədər) sözlərinin “1000 manatdan 1500 manata qədər” (müvafiq olaraq 555 avrodan 833 avroya qədər) sözlərilə əvəz olunması təklif edilir.

Kütləvi yayılması” dedikdə nəyin nəzərdə tutulduğunu qanun layihəsi dəqiqləşdirmir.

148-ci maddənin (təhqir) sanksiyasında “300 manatdan 1000 manata qədər cərimə” (167 avrodan 555 avroya qədər) sözlərinin “1000manatdan 1500 manata qədər cərimə” (555 avrodan 833 avroya qədər) sözləri ilə əvəzlənməsi təklif olunur.

Bundan başqa, şəxsi həyata müdaxiləyə görə nəzərdə tutulan cəza da sərtləşdirilir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə (şəxsi həyatın toxunulmazlığının pozulması) dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliklərə əsasən sanksiyada nəzərdə tutulan “100 manatdan 500 manata qədər” cəriməni “1000 manatdan 2000 manata qədər” (555 avrodan 1111 avroya qədər) cərimə ilə əvəzlənməsi təklif edilir.

 


More on JAMnews