Bu, uzun illər ərzində həmin xəstəlikdən ilk ölüm halıdır " />

Azərbaycanda bir nəfər qarayaradan vəfat edib

Bu, uzun illər ərzində həmin xəstəlikdən ilk ölüm halıdır

Sabirabad rayonunda bir nəfər qarayara xəstəliyindən vəfat edib. Xəstəliyə yoluxmuş daha bir nəfər xəstəxanadadır.

• Bizə aid deyilmiş kimi: Azərbaycanda narkotik aludəçiliyi

• HİV-ə yoluxanlar Gürcüstanda necə yaşayır?

• Kor musiqiçilər və onların Ermənistandakı unikal layihəsi

Bu, uzun illər ərzində Azərbaycanda qarayaradan ilk ölüm halıdır.

Qarayara nədir?

Qarayara “Sibir yarası” da adlandırılan xüsusi təhlükəli yoluxucu xəstəlikdir.

İnfeksiya sporları torpaqda olur. Oradan malqaraya keçə, daha sonra isə insana ötürülə bilər.

Buna görə də heyvandarlıq fermalarının, qəssabxanaların və ət kombinatlarının işçiləri, baytarlar risk qrupuna daxildirlər.

Bu xəstəlik insandan insana praktiki olaraq heç vaxt ötürülmür.

Sabirabadda nə baş verib?

İki nəfər yüksək hərarətlə Sabirabad şəhər xəstəxanasına müraciət edib – AzərTac xəbər verir

Müayinə zamanı onların qarayara xəstəliyinə yoluxduqları müəyyən olunub və xəstələri Bakıya gətiriblər.

Bir neçə gündən sonra onlardan biri – 60 yaşlı kişi vəfat edib. İkinci hazırda müalicə olunur.

Qida Təhlükəsizliyi Agentliyi Sabirabada xüsusi qrup göndərib, amma yoluxma mənbəyini hələ tapmaq mümkün olmayıb. 

2014-cü ildən başlayaraq hər il Azərbaycanda 10-a qədər qarayara yoluxması halı qeydə alınır. Amma indiyə qədər bircə dəfə də olsun ölüm hadisəsi olmamışdı.

Ümumilikdə 2019-cu ilin əvvəlindən bu yana Azərbaycanda yeddi nəfər qarayaraya yoluxub.

2014-cü ilə qədər statistika məlum deyil.

Necə yoluxmamalı?

Risk qrupuna daxil olan insanlara peyvənd vurdurmaq məsləhətdir.

Qalanların isə əti etibarlı yerlərdən alması və alaçiy vəziyyətdə yeməməsi kifayətdir.


More on JAMnews