Yoluxanların çoxu 20-40 yaş arası Bakı sakinləridir" />

Azərbaycanda bir ayda 55 nəfər qızılcaya yoluxub. Böyüklər üçün peyvəndlər martda gələcək

Yoluxanların çoxu 20-40 yaş arası Bakı sakinləridir

Azərbaycanda dekabr ayında 55 nəfərin qızılcaya yoluxduğu aşkar edilib. Xəstələnənlərin çoxu uşaqlıqda peyvənd edilməyən 20-40 yaş arası Bakı sakinləridir. Ölüm halları baş verməyib. Yazda ölkəyə peyvənd gətiriləndə böyüklər arasında pulsuz aşılanma mümkün olacaq, uşaqlara isə elə indi də peyvənd vurdurmaq mümkündür.

• Gürcüstanda qızılca epidemiyası

• Azərbaycanlı valideynlər niyə uşaqlarına peyvənd vurdurmaqdan imtina edir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, Azərbaycanda qızılca 2013-cü ildən qeydə alınmayıb. Xəstəliyin “geri dönüşünü” qonşu ölkələrdə (məsələn, Gürcüstanda) tüğyan edən epidemiya ilə əlaqələndirirlər. Azərbaycanda ilk yoluxma halları noyabrın sonunda qeydə alınıb.

Əliyevanın sözlərinə görə, yoluxanlar arasında uşaqlar azdır.

Həkim qızılcaya yoluxmuş insanlara tövsiyə edir ki, sağalandan iki sonra yenə də peyvənd vurdursunlar, çünki peyvənd kompleks tərkiblidir və onları məxmərək və parotitdən də qoruya bilər.

Gürcüstanda qızılca epidemiyası ötən ildən davam edir. 2018-ci ildə 1400 yoluxma halı qeydə alınıb, yanvarın ilk həftələrində isə əlavə 312 nəfər yoluxub.

Azərbaycanın dövlət poliklinikalarında uşaqlara qızılca da daxil olmaqla on bir xəstəliyə qarşı peyvənd vurulur. Sahə həkimləri valideynlərə zəng edərək, müntəzəm aşılanma və ya bundan rəsmi imtina üçün dəvət edirlər. İkinci variant getdikcə daha da populyarlaşır – bir çox valideynlər peyvəndi ziyanlı saydıqları üçün onlardan imtina edirlər.


More on JAMnews