Bakılılar yenilənmiş “Yanardağ”ı tənqid atəşinə tutdular " />

Azərbaycanda atəşpərəst ziyarətgahı kafeli və amfiteatrlı qoruğa çevrildi

Bakılılar yenilənmiş “Yanardağ”ı tənqid atəşinə tutdular

Əsaslı yenidənqurmadan sonra Bakının yaxınlığında yerləşən “Yanardağ” qoruğu tanınmaz dərəcədə dəyişib. Buradakı qiymətlər də dəyişib və daha yüksək olub.

Yanardağ – Bakının yaxınlığında yerləşən bir təpənin yamacında sönməyən alovdur. Yer səthinə çıxan təbii qaz oksigenlə əlaqəyə girərək yanır. Qədim zamanlarda Yanardağ atəşpərəstlərin ziyarətgahı olub.

• Azərbaycan nefti nə vaxt bitəcək?

• “Qeyri-turistik Bakı”da foto-gəzinti

• Yoxa çıxmış dəmiryolu – Gürcüstandan qiyamətvari foto və hekayə

Əvvəllər Yanardağ ilkin görkəmində qalmış yanan təpədən ibarət idi.

VİDEO: Yanardağ infrastrukturun yaradılmasına qədər.

Yenidənqurmadan sonra onun qarşısındakı meydançanı betonladılar, ətrafında isə qədim məişət əşyalarının sərgiləndiyi muzey, konsertlərin keçirilməsi üçün amfiteatr, kafe, suvenir satışı köşkü, uşaqlar üçün oyun meydançası, dayanacaq yeri quruldu. Bu barədə Report xəbər verir.

FOTO: əvvəl

FOTO: sonra

Əgər əvvəllər xarici qonaqlar “yanan dağ”a 1 dollara tamaşa edə bilirdilərsə, indi onlar 5 dollar (milli ekvivalentində) ödəməli olacaqlar.

Azərbaycan vətəndaşları üçün qiymət dəyişməyib – 1 dollar.

Məktəblilər qoruğa pulsuz daxil ola bilərlər (əvvəllər onlar üçün qiymət 0,10 dollar idi)

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, gün ərzində “Yanardağ”a 500-700 əcnəbi gəlir və bu rəqəm artır.

Köhnə “dağ”ın yeni görkəmi bakılıların elə də xoşuna gəlməyib. Sosial şəbəkələrin bir çox istifadəçiləri bütün bu infrastrukturu yersiz və zövqsüz hesab ediblər. Bundan əlavə, onlar ehtiyat edirlər ki, beton yer örtüyü təbii proseslərə mane ola bilər və alov sönər.

«Bu cür nadanlıq əbədi alovu da söndürməyə qadirdir»;

«Əvvəllər hər şey təbii idi, təbii atmosfer vardı, indi isə bilmirsən nədir».

Hərçənd, yenidənqurmanın qoruğun xeyrinə olduğunu düşünənlər də var:

«Xeyli rahat və gözəl olub. Turistlər də bundan sonra təəssüflə köks ötürməyəcəklər».

FOTO: Birinci xanım Mehriban Əliyeva qoruğun açılışında (AzərTAc).


More on JAMnews