Ümumilikdə, 2018-ci ildə Azərbaycana 2,8 milyon turist gəlib " />

Azərbaycana ən çox turist Rusiyadan gəlir

Ümumilikdə, 2018-ci ildə Azərbaycana 2,8 milyon turist gəlib

2018-ci ildə Azərbaycanda 800 min rusiyalı turist olub ki, bu da bir il əvvəlkindən 5 faiz çoxdur. Bu barədə məlumatı Azərbaycan Dövlət Turizm Agentliyi verib.

Beləliklə, rusiyalılar ümumi sayın təxminən üçdə birini təşkil etməklə Azərbaycana səfər edənlər arasında liderlir edirlər. Sonrakı yerləri Gürcüstan və Yaxın Şərq ölkələrinin vətəndaşları tuturlar.

 

• “Qeyri-turist” Bakısının 10 gözəl mənzərəsi

• Bakı kauçserferləri: büdcə turizmi və yeni tanışlıqlar

• Azərbaycan seks-turizmi: ərəb yayı

 

Azərbaycana qonşu İran və Türkiyədən də tez-tez gəlirlər.

Ümumilikdə, 2018-ci il ərzində Azərbaycana dünyanın 196 ölkəsindən 2,8 milyon əcnəbi gəlib. Bunu Yenicag.ru nəşri Dövlət Sərhəd Xidmətinə istinadən bildirib. Bu, 2017-ci ildə olduğundan (təxminən 2,7 milyon nəfər) az qala 6% çoxdur.

Azərbaycana gələnlərin yarıdan çoxu – 66,1%-i kişilərdir.

Rusiyalılar 90 günə qədər Azərbaycanda vizasız qala bilərlər. Səyahətin müddəti 10 gündən çox olarsa, qeydiyyatdan keçmək tələb olunur.


More on JAMnews