"Qardaş Türkiyəyə arzu edirik ki, bir daha xain terrorçu hücumlarına məruz qalmasın", - Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri bildirib" />

Azərbaycan Türkiyə Ordusunun Suriya ərazisində həyata keçirdiyi əməliyyatı rəsmən dəstəkləyib

"Qardaş Türkiyəyə arzu edirik ki, bir daha xain terrorçu hücumlarına məruz qalmasın", - Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri bildirib

Türk ordusunun əsgərləri Türkiyə-Suriya sərhəddində Gaziantep bölgəsində. Türkiyə 22 Yanvar, 2018. REUTERS/Osman Orsal

“Azərbaycan Türkiyənin terror təhdidi ilə bağlı təhlükəsizlik sahəsindəki tam əsaslı narahatlığını anlayır”, – Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə Türkiyə Ordusunun Suriya ərazisində başlatdığı əməliyyatı belə şərh edib.
XİN-in mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Türkiyə dəfələrlə terror aktlarına məruz qalıb və nəticədə çox sayda günahsız insan həlak olub.
“Biz qardaş Türkiyəyə və türk xalqına bir daha heç vaxt xain terror hücumlarına məruz qalmamalarını arzu edirik”, – Hacıyev deyib.

Türkiyə Ordusu yanvarın 21-də “Zeytun budağı” əməliyyatına başlayıb və qonşu Suriya ərazisinin içinə doğru təxminən səkkiz kilometr irəliləyib. Türkiyə qüvvələrinin əsas rəqibi “kürd özünümüdafiə qüvvələridir”. 
 
Ankarada əmindirlər ki, bu qruplaşma  Türkiyə, ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyası ilə (PKK) əlaqədədir.
 
Ümumilikdə əməliyyatda 6,5 min Türkiyə hərbçisi iştirak edir.
 
ABŞ və İran Türkiyənin Suriyadakı əməliyyatını pisləyib. 
 
Rusiya xarici işlər naziri Lavrov bildirib ki, “ABŞ-ın Suriyada atdığı birtərəfli addımlar Türkiyəni qəzəbləndirib”.
 


More on JAMnews