İkinci yerdə eyni xalla Rusiya yığmasıdır" />

Azərbaycan şahmat üzrə Avropa çempionudur

İkinci yerdə eyni xalla Rusiya yığmasıdır

Foto: Azərtac agentliyi

Azərbaycan şahmatçıları Yunanıstanın Krit adasında milli komandalar arasında keçirilən Avropa çempionatının qalibi olub.

Milli yığma Ukrayna komandası ilə heç-heçə oynayaraq, turniri 14 xalla başa vurub.

Rusiya komandası Almaniya yığmasına qalib gələrək, 14 xal toplayıb.  

Əlavə əmsal sayəsində Azərbaycan birinci yer tutub. Rusiya ikinci, Ukrayna üçüncü yerdədir.

Azərbaycan yığması artıq iki dəfə, 2009 və 2013-cü illərdə Avropa çempionu olub.


More on JAMnews