28 il əvvəl Azərbaycan Sovet İttifaqından çıxıb " />

Azərbaycan müstəqilliyinin ildönümü çox sakit qeyd edilir

28 il əvvəl Azərbaycan Sovet İttifaqından çıxıb

Azərbaycan müstəqilliyinin 28-ci ildönümünü qeyd edir – 18 oktyabr 1991-ci il tarixində respublika rəsmi olaraq SSRİ-nin tərkibindən çıxıb və müstəqil olub. İndi 18 oktyabr dövlət bayramı hesab olunsa da bu, adi iş günüdür. Bu gün heç bir təntənəli tədbir keçirilməyib və ölkədə çoxları bayram haqqında ancaq media və sosial şəbəkələrdən öyrənib. 

• Cənubi Qafqazda ilk müstəqil respublikaların 100 illiyi: bu, necə olub

• Müstəqil Ermənistanın həmyaşıdları

Tarix 

1991-ci ildə dövlət müstəqilliyi haqqında qanun qəbul edərkən Azərbaycanın Ali Soveti bildirib ki, ölkə öz müstəqilliyini bərpa edir və özünü 1918-ci ildən 1920-ci ilə qədər mövcud olan Azərbaycan Demokratik Respublikasının (ADR) varisi hesab edir. 

Azərbaycan SSRİ-nin tərkibindən çıxan sayca altıncı ölkədir. Ona qədər bunu Litva, Latviya, Estoniya, Gürcüstan və Ermənistan edib. 

Azərbaycanı Türkiyə tanıyıb, sonra başqa dövlətlər, 1992-ci ilin mart ayında isə Azərbaycan BMT üzvü olub.  

Elə həmin 1992-ci ildə Dövlət Müstəqilliyi Günü ümumxalq bayramı və qeyri-iş günü elan edilib. Amma 2006-cı ildə parlament Əmək Məcəlləsinə dəyişikliklər edib  və 18 oktyabr bayram statuslu olsa da adi iş gününə çevrilib. 

28 may – Respublika Günü daha məşhurdur, bu gün 1918-ci ildə ADR elan edilib. Bəziləri hətta səhvən elə bu günü Müstəqillik Günü sayır. 

Bayramın əlamətləri 

Bakı küçələrində bu günün xüsusi gün olmasından ancaq avtobuslara bərkidilən kiçik bayraqlar xəbər verir. 

Ölkənin birinci ledisi və vitse-prezidenti Mehriban Əliyeva özünün  rəsmi Instagram səhiofəsində təbrik statusu paylaşıb. 

Media bu günün tarixindən danışıb. 

Bir neçə xarici səfirdən də təbriklər olub. 

Sosial şəbəkələrdə azərbaycan istifadəçiləri bayramın adi gün kimi keçməsindən narazılıqlarını ifadə ediblər. 

Vəssalam. 

Düzdür, deyirlər ki, oktyabrın 20-də açıq havada pulsuz bayram konserti keçiriləcək. 


More on JAMnews