Rəsmi nitqlər, artistlərin çıxışları və təmizlənmiş 10 hektar " />

Azərbaycan məmurları və deputatları çimərliyin zibillərdən təmizlənməsi aksiyasına çıxdılar

Rəsmi nitqlər, artistlərin çıxışları və təmizlənmiş 10 hektar

“Xəzər dənizi günü” münasibətilə Bakının yaxınlığındakı Buzovna qəsəbəsində çimərliyin zibildən təmizlənməsi üzrə “rəsmi” aksiya keçirilib. Burada məmurlar, deputatlar, hakim “Yeni Azərbaycan” partiyasının üzvləri, incəsənət xadimləri, könüllülər iştirak ediblər.

• Abxaziyanın turizm biznesi necə qurulub

Xəzər dənizi günü regionda hər il avqustun 12-də qeyd olunur. Həmin gün 2006-cı ildə Xəzərin dəniz mühitinin mühafizəsi üzrə konvensiya qüvvəyə minib.

Çirkli çimərliklər və onları təmizləmək üçün əbəs cəhdlər

Bakı ətrafında ictimai çimərliklər çox çirklənib. Qanunvericiliyə görə, zibilin zibil qutusundan kənara atılmasına görə cərimə nəzərdə tutulur, lakin əməldə buna görə heç kimi cəzalandırmırlar.

Hər yay vətəndaşlar bundan şikayətlənməyə başlayır, ətraf mühitin keşiyində duranlar isə həyəcan təbili çalırlar.

Fəal gənclər müstəqil şəkildə müxtəlif çimərliklərdə təmizlik işləri təşkil edirlər, hər dəfə tonlarla zibil toplayırlar, tezliklə isə hər şey əvvəlki vəziyyətə qayıdır.

İndiki aksiyada məxsusi nə var

Hazırkı aksiya bütün digərlərindən bir sıra məziyyətləri ilə fərqlənir:

– o, rəsmi səviyyədə təşkil olunub;

– məmurların nitqləri və artistlərin çıxışları ilə rəsmi tədbir xarakteri daşıyırdı. 

Aksiya “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında keçirilib. 10 hektar sahədə çimərlik təmizlənib.

Beləliklə, təşkilatçılar “Xəzər dənizinin və sahilyanı zonanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasında cəmiyyətin rolunu gücləndirmək” istəyirlər. Bunu Report ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə istinadən xəbər verir.

Nazirliyin nümayəndəsi həmçinin növbəti dəfə sahilyanı otel və restoranların sahiblərinə müraciətlə xahiş edib ki, təmizləyici qurğular quraşdırılsın və çirkab sular dənizə axıdılmasın.


More on JAMnews