Və himni ayaq üstə farağat duraraq dinləmək lazımdır " />

Azərbaycan himnini əcnəbi dillərdə səsləndirmək qadağan edilib

Və himni ayaq üstə farağat duraraq dinləmək lazımdır

Azərbaycan dövlət himninin başqa dillərdə ifa olunması artıq qanunvericilik səviyyəsində qadağan edilib. Bu barədə fevralın 19-da parlament tərəfindən qəbul olunan “Azərbaycan Respublikasının dövlət himninin istifadə qaydaları haqda” yeni qanunda deyilir.

• Azərbaycanda narkomaniya və cəmiyyət – mühakimə, yoxsa yardım etməli?

• Azərbaycanda qadınlar hansı restoranlara və niyə gedə bilmir?

Yeni qanunda rəsmi tədbirlərdə himn ifa olunan zaman insanların özlərini necə aparmalı olduğu da qeyd edilib. Məsələn, himni ayaq üstə farağat duraraq oxumaq və ya dinləmək lazımdır. Bu qaydaya həm yerli vətəndaşlar, həm də əcnəbilər riayət etməlidir.

Ötən ilin noyabrında deputat Tahir Kərimli bəyan etmişdi ki, Azərbaycan himni çox uzun və çox kədərlidir (yəni minorda yazılıb). Onun bu sözləri qızğın müzakirələrə səbəb olmuşdu, amma himni yenidən yazan olmadı.

Bundan başqa, parlament dövlət gerbindən istifadə qaydalarını da təsdiqləyib. Məsələn, gerbi oturacaqlarda və ya döşəmələrdə təsvir etmək qadağandır.

Bu qaydaları pozanlar inzibati məsuliyyətə, dövlət gerbinin təhqir olunmasına görə isə cinayət məsuliyyətinə cəlb olunacaq.

Facebook Comments

More on JAMnews