Bununla birlikdə, onların saxlanma şərtləri pisləşib" />

Azərbaycan həbsxanalarında məhbusların sayı artıb – Avropa Şurasının keçirdiyi tədqiqatın nəticələri belədir

Bununla birlikdə, onların saxlanma şərtləri pisləşib

2005-c ildən 2015-ci ilə qədər Azərbaycan həbsxanalarında məhbusların sayı artıb və onların saxlanma şərtləri pisləşib. Avropa Şurasının “2005-2015-ci illərdə Avropa həbsxanaları” məruzəsində belə deyilir.

Dəyişikliklər faizlərdə

Həmin məruzəyə əsasən, əgər 2005-ci ildə Azərbaycanda hər 100 min nəfərə 203 məhbus düşürdüsə, 2015-ci ildə bu göstərici artıq 250-yə yaxın olub. Bu göstəriciyə görə Azərbaycan Gürcüstandan (hər 100 min nəfərə 274 məhbus) geri qalır və Ermənistanı (129 məhbus) qabaqlayır.

Bundan əlavə, həbsxanalarda insanların yerləşdirilmə sıxlığı 25%, qadın məhbusların sayı 83%, əcnəbi məhbusların sayı isə 12% yüksəlib.

• Azərbaycanda təəssüf doğurmuş amnistiya 

• Ermənistanda ömürlük həbs cəzasına məhkum olunmuş şəxsin “həbsxanadan məktublar” seriyasından ilk məktubu

Lakin yaxşı xəbərlər də var: həbsxanalarda ölüm hallarının sayı 38% (hər 10 min nəfərə), intiharların sayı isə 70% azalıb.

Bəs indi necədir?

Beləliklə, məruzə 2015-ci ildə bitir və o vaxtdan bəri keçmiş 3 il tədqiqat çərçivəsindən kənarda qalır. Yerli ekspertlər hesab edirlər ki, Azərbaycanda məhbusların saxlanması o vaxtdan bəri dəyişməyib və bəlkə də, daha pisləşib.

“Ola bilsin ki, məhbusların sayı azalıb, çünki 2015-ci ildən sonra bir sıra amnistiya və əfvlər olub. Lakin ümumilikdə, məhbusların hüquqları baxımından vəziyyət pisləşib. İşgəncə və məhbuslarla qeyri-insani rəftar faktlarının sayı çoxalıb. Məhkum edilənlərin sayının azalmasına baxmayaraq, siyasi məhbusların sayı sabit olaraq 150-160 nəfər civarında qalır”, – “Siyasi məhbusların azadlığı uğrunda birliy”inkoordinatoru Elşən Həsənov “Kavkazski uzel”ə deyib.

Onunla Siyasi məhbusların müdafiəsi mərkəzinin koordinatoru Oqtay Gülalıyev razılaşır:

“Həbsxanalarda sanitar qovşaqlar çatışmır. Tibbi xidmətin keyfiyyəti çox aşağıdır. Siyasi məhbusların sayının çoxluğu, təxminən 150, ciddi problemdir”.

AŞ-nin məruzəsi ilə bağlı Azərbaycan penitensiar xidmətinin nümayəndələri hələlik şərh verməyiblər.

Facebook Comments

More on JAMnews