Marat Ueldanov-Qalustyan narkotik alveri ittihammı ilə səkkiz illik cəzanın üç ilini Azərbaycanda çəkib " />

Azərbaycan erməni mənşəli Rusiya vətəndaşını ekstradisiya edib

Marat Ueldanov-Qalustyan narkotik alveri ittihammı ilə səkkiz illik cəzanın üç ilini Azərbaycanda çəkib

Fotoda: Marina Mirzoyan, Marat Qalustyanın bacısı (Moskva)

Azərbaycan erməni mənşəli Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyanı ekstradisiya edib. O, Bakıda narkotik alverində ittiham olunaraq səkkiz il müddətində azadlıqdan məhrum edilmişdi.

Marat Qalustyan kimdir və niyə həbs edilib?

Marat Qalustyan dörd ilə yaxın ki, Bakıda Avstriya firmasında işləyib. Bunun üçün o, həyat yoldaşının soyadını – Ueldanov istifadə edib.

• Ermənistan və Azərbaycan XİN rəhbərləri nə haqda razılığa gəliblər?

• Aprel müharibəsi Qarabağda nəyi dəyişib?

2016-cı il iyunun 9-da Marat Ueldanov-Qalustyan Bakıda saxlanılıb, 2017-ci ilin aprelində səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Doğmaları hesab edir ki, ona qarşı irəli sürülən ittiham saxtadır, həbsin əsl səbəbini isə onlar Qalustyanın erməni mənşəli olmasında görürlər. Ermənistan ombudsmeni Larisa Alaverdyan da eyni fikirdədir.

Ekstradisiya

Məhkumun bacısı Marina Mirzoyan vəkillərin və hüquq müdafiəçilərinin köməyi ilə Qalustyanın Rusiyaya təhvil verilməsi üçün çalışıb. Uzun sürən danışıqlardan sonra mayın 4-də onu azad ediblər.

“Ura! Qələbə! Biz bunu bacardıq! Marat üçün üç illik sınaq və işgəncə, mənim üçün üç il bürokratiya ilə mübarizə və budur o Rusiyadadır”, – Marina Mirzoyan Facebook səhifəsində yazıb.

Rusiyalı bloger Aleksandr Lapşinin (o da bir neçə ayını Azərbaycanda həbsxanada keçirib) versiyasına görə, Azərbaycan hakimiyyəti Qalustyanı sadəcə ekstradisiya etməyib, Azərbaycandan olan müxalifətçi, talış hərəkatının lideri Fəxrəddin Aboszadə ilə dəyişib. Aboszadə Azərbaycanın sorğusu əsasında Moskvada həbs edilmiş və 2019-cu ilin martında Azərbaycana təhvil verilmişdi.

• Aleksandr Lapşinin həbsinin təfərrüatları

• Fəxrəddin Aboszadənin ekstradisiyasının təfərrüatları

Lapşinin sözlərinə görə, hazırda Qalustyan Maxaçkalada istintaq təcridxanasındadır, daha sonra isə cəzasını çəkməsi üçün Krasnodar vilayətinə (Rusiyanın cənub-qərbi) göndəriləcək.

Azərbaycan hakimiyyəti ekstradisiya ilə bağlı heç bir rəsmi açıqlama verməyib.


More on JAMnews