20-21-ci əsr Azərbaycan cazının tarixi Bakıda keçirilən caz festivalında çəkilən fotolarda " />

Azərbaycan cazı necə məşhur oldu? – foto-hekayə

20-21-ci əsr Azərbaycan cazının tarixi Bakıda keçirilən caz festivalında çəkilən fotolarda

Slider
Balaca avtobus dayanacağının arxasında çox da gözə dəyməyən plakat asılıb: “Daha çox caz. Daha çox intellekt!” bir neçə küçədən sonra daş sütun üzərindəki şəkildən caz musiqiçisi Ceymi Devis yoldan ötənləri seyr edir. Bakıda keçirilən caz festivalının reklam kampaniyası hətta Bakıya bir neçə günlük gələn turistlərin də diqqətindən kənarda qalmır.
İlk baxışdan xüsusi bir şey yoxdur, hökumətin növbəti populist layihəsi. Bunlar dəfələrlə olub – “Formula - 1”, Avropa Oyunları, futbol üzrə Avropa Liqasının finalı. İndi də caz festivalı?
Slider
Slider

Bilet qiymətləri yerli camaat üçün çox bahadır. Odur ki, tamaşaçılar arasında əksəriyyət əsasən yerli imkanlılar və əcnəbilərdir. Amma Bakıda caz çox populyardır.

Slider
Slider
Bakı və caz: tarix
Caz 20-ci əsrin əvvəllərində Amerikada yaranıb. Çoxları Nyu-Orleanı cazın beşiyi hesab edir və ən başda ifa edənlər afroamerikalılar olub. Artıq bir neçə ildən sonra caz Avropada da populyarlaşıb və o zaman Xəzər dənizi sahilindəki böyük əksəriyyəti müsəlmanlar olan bu ölkəyə də gəlib çıxıb.
O zamanlar Bakı çox diqqət mərkəzində olan bir şəhərdi, biznesmenlərin, mühəndislərin və dünyanın dörd bir yanından gələn macəra həvəskarlarını özünə cəzb edirdi. Amma cazın Bakıda populyar olmasının səbəbi sadəcə kosmopolit mahiyyətlərinin eyni olması deyildi. Qrammafonun icad edilməsi də stimul olmuşdu.граммофона.
Slider
Slider

1920-ci ildə Sovet Ordusunun təcavüzü və sovet hakimiyyətinin qurulması cazın Bakıdakı populyarığına təsir etmədi. Üstəlik 1922-ci ildə Bakıda ilk caz konserti baş tutdu.

Slider
Slider
Caz Sovet düşməni Amerikadan gəlmiş olsa da, burada musiqinin bu janrı bir zamanlar xoş qarşılanırdı, çünki əzabkeş afroamerikalıların musiqisi hesab olunurdu. Buna görə də onun ifasına icazə verilirdi.
Birinci Azərbaycan caz qrupu 1920-ci ildə yaradılıb. Yaradıcılardan biri Niyazi olub. Bakının mərkəzində onun adının verildiyi küçə və məktəb var, Azərbaycan Dövlət Televiziya və Radiosunun Simfonik Orkestri də maestronun adını daşıyır. Niyazinin ev muzeyi də mövcuddur, bu yaxınlarda isə onun heykəli ucaldılıb.

Slider
Slider

Amma çox qısa zamanda sovet hakimiyyətinin caza münasibəti dəyişdi. Hakimiyyətə Stalin gəldi, caz dinləyən və ifa edənləri təqib etməyə başladılar. Nüfuzlu yazıçı Maksim Qorki öz essesində belə yazmışdı: “Caz həm də homoseksualizm, narkotiklər və eqosentrizmdir”.

Slider
Slider

Sovet İttifaqında caz qadağan edilmişdi və müsiqiçilər mühacirətə getməyə, ya da zirzəmilərdə və şəxsi evlərdə ifa etməyə məcbur olurdular. Cazın az-çox həyatda qala bildiyi yerlərdən biri Bakı idi.

Slider
Slider
Azərbaycan cazının yaranışı
Bakıda kiçik mənzil var, arzu edən hər kəs oranı ziyarət edə bilər. Azərbaycan cazının yaranışının şahidi olan bu mənzil İçərişəhərin dar küçələrinin birində yerləşir. Vaqif Mustafazadə burada böyüyüb.
Vaqif hələ gənc olanda və pianinoda çalmağı öyrənəndə, filmlərdə eşitdiyi və “Amerikanın Səsi” radiosunda gizincə dinlədiyi caz musiqisinin sehrinə düşmüşdü. Həmin pianino və həmin radio hələ də onun otağında olduğu kimi qalır.
Slider
Slider

Ev muzeyinin gənc mühafizi danışır ki, Vaqif pianino arxasında saatlarla vaxt keçirir, özünün ilk caz kompozisiyalarını yaradırdı. Nəticədə bu kompozisiyalar caz və muğamın unikal sintezi kimi məşhurlaşdı.

Slider
Play
Slider

Stalinin ölümündən sonra vəziyyət dəyişib. Caz üzərindən qadağa tədricən qaldırılıb. 1960-cı illərdə qruplar artıq yenə də açıq ifa edə bilirdi, hətta caz festivalları da təşkil olunurdu. İlk bu cür festivallardan biri Bakıda 1969-cu ildə keçirilib. O zaman ilk mükafatı Vaqif Mustafazadə qazanıb və o, bütöv bir nəsli bu sahədə ruhlandırıb, həmçinin də Azərbaycan cazını dünyada məşhurlaşdırıb.

Slider
Slider
Azərbaycanda caz bu gün
Bakıda caz festivalları ənənəsi hələ sovet illərindən tənəzzülə uğrayıb. Daha sonra yenidən festival təşkil etmək istiqamətində bir neçə cəhd olub. Ən uğurlu caz festivalı 2005-ci ildə Bakıda musiqiçi Raul Sultanovun təşkilatçılığı ilə baş tutub.
Azərbaycanda bu gün musiqinin digər janrları daha populyardır. Amma bunu bütün dünyada mövcud olan trend də adlandırmaq olar. Rok, pop və elektron musiqi caza böyük rəqabət təşkil edir.
Slider
Slider

Amma Bakıda yenə də caz musiqiçiləri var və onlardan çoxu məşhur və populyardır.

Slider
Slider

Raul Sultanov deyir ki, festival bu musiqiçiləri dəstəkləmək və dünyaya Azərbaycan cazını xatırlatmaq üçün yaxşı vasitədir.

Slider
Slider

More on JAMnews