Leo Messi pərəstişkarları məyus olsa da, azarkeşlərin çoxu federasiyanın qərarını doğru sayır " />

Azərbaycan Argentina ilə futbol üzrə yoldaşlıq oyunundan imtina edib

Leo Messi pərəstişkarları məyus olsa da, azarkeşlərin çoxu federasiyanın qərarını doğru sayır

Azərbaycanın Futbol Federasiyası (AFFA) Argentinanın futbol yığmasına Bakıda iki ölkə millisi arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı rədd cavabı verib.

Argentina yığmasının agentləri Rusiya yığması ilə noyabrın 11-də baş tutacaq oyundan əvvəl daha bir yoldaşlıq oyunu keçirmək arzusunu irəli sürüblər və milli komandalarını Bakıda qəbul etmələri üçün AFFA-ya müraciət ediblər.

Amma AFFA rəhbərliyi belə bir oyundan imtina etmək qərarına gəlib. Görünən odur ki, assosiasiya bu qərarı ikiqat dünya çempionları ilə oyuna hazırlıq üçün çox az zamanın olduğu səbəbi ilə verib.

Bundan başqa, adətən Argentina kimi komandalar belə oyunun keçirilməsi üçün yaxşı qonorar tələb edirlər. Məsələn, 2009-cu ildə Azərbaycan tərəfi İspaniya komandasının Bakıya gəlməsi üçün 700 min avro ödəməli olmuşdu. Həmin oyun Azərbaycanın 0:6 hesabla darmadağın edilməsi ilə başa çatmışdı.

AFFA öz qərarını heç cür şərh etməyib. azerisport.com agentliyinin şərhçilərinin fikrincə, AFFA-da Azərbaycan millisinin tərkibinin əsas hissəsini təşkil edən “Qarabağ” klubunun futbolçularının durumunu da düşünüblər, sonuncuları noyabrda Avropa Liqasında mühüm oyunlar gözləyir.

Futbol azarkeşləri bu xəbəri müxtəlif cür qarsalayıblar, amma əksəriyyət yenə də federasiyanın qərarına anlayışla yanaşır. Facebook sosial şəbəkəsindən iki tipik şərh:

Bu, futbolsevərlər üçün Lionel Messininin oyununu canlı-canlı görməkdən ötrü unikal şans idi. Təəssüf ki, AFFA-nın ən son düşündüyü şey azarkeşlərin marağıdır”.

Pul verəsən ki, gəlib sənə 5-7 qol zoplasınlar – bu, mazoxizmin xüsusi növüdür”.


More on JAMnews