“İnsanlar bilməlidir: orada qaçqın statusu almaq üçün vətənlərində onların həyatı üçün təhlükə olmalıdır”" />

Avropa İttifaqından Ermənistana deportasiya olunanların sayı daha da çox olacaq

“İnsanlar bilməlidir: orada qaçqın statusu almaq üçün vətənlərində onların həyatı üçün təhlükə olmalıdır”

Avropaya – müalicəyə

38 yaşlı Karen Sarqsyan (ad dəyişdirilib) Almaniyada iki il yaşayandan sonra könüllü şəkildə Ermənistana qayıdıb ki, deportasiya olunmasın. Karen artıq 12 ildir ki, yeriyə bilmir, əlil arabası ilə hərəkət edir.

“2007-ci ildə Ermənistanda məni əməliyyat etdilər və şişi götürərkən həkimlər onurğa beynini zədələyiblər. Mən müalicə üçün 2017-ci ilin avqustunda qardaşımla birlikdə Almaniyaya getdim, iki ildən sonra isə geri qayıtdım”, – Karen danışır.

Miqrasiya xidmətlərinə bütün tibbi sənədləri ilə  birlikdə “təslim olub”, amma rədd cavabı alıb. Rədd cavabını belə əsaslandırıblar – Ermənistanda müvafiq reabilitasiya mərkəzləri var, odur ki, o, öz ölkəsində yardım ala bilər.

Ermənilər Çində niyə ingilis dili dərsi keçir?

Dolanışıq üçün heç kimin tərk etmədiyi Ermənistan kəndi

Hollandiyalılar Ermənistana necə köçdülər

“Mənə rədd cavabı veriləndə anladım ki, deportasiya təhlükəsi yaranıb, mən isə bunu istəmirdim. Könüllü şəkildə qayıtdım, çünki yenidən müalicəyə getməyim lazım ola bilər. Deportasiya halında isə bir neçə il ərzində bu ölkəyə girişim qadağan olunacaqdı”, – Karen danışır.

Ümumiyyətlə, sağlamlıq vəziyyəti sığınacaq verilməsi üçün əsas ola bilməz, olsa da, ancaq müvəqqəti əsasda mümkündür – müalicə müddəti başa çatana qədər.

“Ermənistan Karitas” xeyriyyə təşkilatı ölkəyə qayıdandan sonra 6 ay müddətində onlara müraciət etdikləri halda deportasiya olunmuş insanlara yardım edir.

Bu təşkilatın əməkdaşları danışır ki, bəzən insanlar Avropaya “yalan diaqnozla” getməyə çalışır.

İqtisadi miqrantlar

“Ermənistan Karitas” təşkilatının proqramlarından birinin – “Miqrasiya və inteqrasiya” proqramının  rəhbəri Lusine Stepanyan deyir ki, Ermənistan vətəndaşları iş tapmaq üçün Aİ ərazisinə turist vizası ilə gedirlər. Və orada qalıb qeyri-qanuni miqrant olurlar. Onlara əksər hallarda sığınacaq təqdim edilmir, çünki onların siyasi təqibə məruz qaldıqları haqda dediklərini hələ təsdiqləmək lazımdır.

“Ermənilər bu gün iqtisadi miqrantlardır”, – Lusine Stepanyan deyir. – “Üç və ya beş il əvvəl olduğu kimi insanlar öz sosial vəziyyətini yaxşılaşdırmaq üçün gedir.

Suriya münaqişəsi zamanı Avropa milyonlarla qaçqın üçün öz sərhədlərini açdı. Aİ ölkələri sığınacaq vermək üçün şəxsi işləri daha diqqətlə incələməyə başladı və təbii ki, standarlara qarşı tələblər ciddiləşdi. Onlar deyirlər: biz iqtisadi miqrantları geri qaytarırıq ki, həyatı təhlükədə olanlara yardım etmək imkanımız olsun”.

Vətənə qayıdış 

Readmissiya miqrasiya qanunlarını pozan vətəndaşların geri qaytarılması prosedurudur. Ermənistan və Aİ arasında readmissiya haqda saziş 2014-cü ildə qüvvəyə minib.

Sənəd problemi olmayanları Ermənistana qaytardıqları zaman miqrasiya xidmətinə məlumat verilmir. Müvafiq olaraq, onlar haqda dəqiq məlumat yoxdur. Bununla belə 2018-2019-cu illərdə deportasiya olunanların sayının kəskin artıdığı müşahidə olunub.

“Səbəb Ermənistanda ötən il baş verən dəyişikliklərdir, yəni “məxməri inqilab”. Bundan sonra Ermənistan təhlükəsiz ölkə hesab olunmağa başlayıb. Üstəlik qaçqın statusu olan, Almaniyada və ya Avropa İttifaqının başqa ölkəsində yaşamağın onlar üçün daha rahat olacağını düşünən bir çox Ermənistan vətəndaşları bilmirlər ki, onların statuslarına üç ildən bir yenidən baxılacaq və onları vətənə qaytara bilərlər”, – Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nelli Davtyan deyib.

O izah edib ki, əgər əvvəl sığınacaq istəyən adamların işlərinə 20 il ərzində baxıla bilərdisə, indi bir neçə sutka ərzində qərar qəbul edilir. Məsələn, Almaniyada miqrasiya xidmətinin nümayəndələri elə aeroportdaca işlə tanış olurlar. Bəziləri heç aeroport ərazisini tərk etməyə belə macal tapmır.

“Bizim vətəndaşlarımız bilməlidilər ki, orada qaçqın statusu almaq üçün Ermənistanda onların həyatları təhlükədə olmalıdır. Nəticədə almanlar niyə daha çox vergi ödəməlidir ki, daha yaxşı həyat arzusunda olan ermənilər orada müftə yaşasın?”, – Nelli Davtyan deyir.

Reinteqrasiya 

Dövlət Ermənistana qayıdanlar üçün heç bir proqram həyata keçirmir. Təcili dəstək proqramı hələ hazırlanma mərhələsindədir. Hazırda bununla insanlara maliyyə yardımı göstərən və onlara Ermənistan reallığına reinteqrasiya olunmağa kömək edən ictimai təşkilatlar məşğul olur.  

Bu proseslərlə paralel olaraq Ermənistan vətəndaşları yenə də Avropa ölkələrinə gedir və miqrasiya qanunlarını pozaraq orada qalırlar. Ekspertlər bildirirlər ki, bu, Ermənistan hökumətinin Avropa İttifaqı ilə viza rejiminin ləğv olunması haqda danışıqlarına mane olur.


More on JAMnews