Ssenari real hadisələrə və müharibə qəhrəmanı olmuş kəndli və əsgərlərin hekayələrinə əsaslanır" />

Avqust müharibəsi haqqında gürcü filmi “Oskar” uğrunda mübarizə aparacaq

Ssenari real hadisələrə və müharibə qəhrəmanı olmuş kəndli və əsgərlərin hekayələrinə əsaslanır

2008-ci ilin avqust müharibəsi haqqında film Amerika kino akademiyasının “Oskar” mükafatına Gürcüstandan “Xarici dildə ən yaxşı film” nominasiyasında namizəd kimi təqdim ediləcək.

Rejissor Dito Tsintsadzenin tammetrajlı filmi “Şindisi” adlanır.

Şindisi – Gürcüstan-Osetiya münaqişəsi zonasında yerləşən gürcü kəndidir. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı orada hərbi əməliyyatlar keçirilib.

Filmin treylerində rejissor deyir ki, ssenari real hadisələrə və müharibə qəhrəmanı olmuş kəndli və əsgərlərin hekayələrinə əsaslanır.

Hər il Gürcüstanın milli kino mərkəzi “Oskar” mükafatına namizəd kimi irəli sürülmək üçün gizli səsvermə yolu ilə film seçir.

Çernobıl biznes kimi

Müharibə haqqında abxaz kinosu — icmal

Yalnız bir dəfə gürcü filmi kino akademiyası tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasına seçilib. Bu, 1996-cı ildə baş verib. Baş rolunu Pyer Rişarın ifa etdiyi “Vurğun kulinarın min bir resepti” filmini rejissor Nana Corcadze çəkmişdi.

2014-cü ildə gürcü rejissoru Zaza Uruşadzenin “Naringilər” filmi də “Oskar” mükafatının nominantlarının siyahısına düşmüşdü. Lakin bu film Gürcüstandan deyil, Estoniyadan təqdim olunmuşdu.

“Naringilər” də müharibə haqqındadır – burada süjet 1992-ci ildə Abxaziyada baş vermiş silahlı Gürcüstan-Abxaziya münaqişəsindən bəhs edir.

“Şindisi” gürcü filminin bu dəfə nominantların arasına düşə bilib-bilməyəcəyi yalnız yanvar ayında məlum olacaq. Məhz həmin vaxt kino akademiyası namizədlərin siyahısını açıqlayır.


More on JAMnews