Ermənistan bəyanatı dəstəkləyib; Azərbaycan “təəssüf və təəccüb” ifadə edib" />

ATƏT-in Minsk Qrupu bildirib ki, mayın 15-də Qarabağ münaqişəsi zonasında ilk zərbəni Azərbaycan endirib

Ermənistan bəyanatı dəstəkləyib; Azərbaycan “təəssüf və təəccüb” ifadə edib

Foto ATƏT-in saytındandır

ATƏT-in Minsk Qrupunun həmsədrləri gün, mayın 18-da bəyan dərc ediblər. Bəyanatda bildirilir ki, mayın 15-də Qarabağ münaqişəsi zonasında ilk zərbəni Azərbaycan endirib.

“Bir neçə səhih mənbədən əldə etdiyimiz məlumata əsasən, mayın 15-də Azərbaycanın Silahlı Qüvvələri raket atıb, raket Qarabağ münaqişəsi zonasındakı təmas xəttini keçərək hərbi texnikaya zərbə endirib.

Mayın 16-ı axşamdan mayın 17-ə qədər erməni silahlı qüvvələri müxtəlif kalibrli minaatanlardan cavab atəşi açıb.

Hər iki tərəfin əməlləri atəşkəs rejiminin əhəmiyyətli dərəcədə pozulmasını özündə əks etdirir və həyəcan doğurur”, – ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında deyilir.

Əvvəlki hallarda olduğu kimi vasitəçilər Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasını pisləyib və tərəfləri gələcəkdə münaqişənin eskalasiyasının qarşısının alınması üçün bütün lazımı tədbirləri görməyə çağırıb.

 Ermənistanın reaksiyası

Ermənistanda Minsk Qrupunun ilk dəfə konkret bəyanatla çıxış etməsini və ilk kimin hücum etdiyini açıq bildirməsini fövqəladə vacib hesab edirlər.

“Ermənistan həmişə ATƏT-in Minsk Qrupunun həmsədrlərini atəşkəsin pozulmasında günahkar və məsul olanları konkret göstərməyə çağırıb”, – Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbandyan Avropa Şurasının baş katibi Turbyern Yaqlandla görüşündə bildirib.

“Azərbaycan araşdırma mexanizmlərinin yaradılması ideyasını rədd edərək, atəşkəs rejimini mütəmadi olaraq pozduğuna görə məsuliyyətdən canını qurtarmaq istəyir. Amma ATƏT-in Minsk Qrupunun mayın 18-də yaydığı qeyri-standart bəyanat günahkar tərəfi göstərir”, – Nalbandyan deyib.

“Məlumatlı Vətəndaşlar İttifaqının” eksperti Bahe Qukasyanın “Lragir” internet nəşrində şərhi:

“Münaqişə zonasında təmas xəttindən gələn obyektiv informasiya ”nizamlama prosesi üçün mühüm əhəmiyyət daşıyır… Azərbaycan tərəfi, göründüyünə görə, ATƏT-in Minsk Qrupuna insidentlərin araşdırılması mexanizminin yaradılması üçün imkan vermək niyyətində deyil. Halbuki bu, sərhəddəki qanlı insidentlərin azaldılması üçün yeganə vasitədir”.

 Azərbaycanın reaksiyası

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində hərəkət edir və öz ölkəsinin müdafiəsini təmin edir”, – Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun bəyanatını belə şərh edib.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin heç bir xəcalət hissi duymadan mayın 16 və 17-də Ermənistan Silahlı Qüvvələrinin “cavab atəşi” açdığını bəyan etməsi faktı təəssüf və təəccüb doğurur. Sual yaranır – Ermənistan hərbçiləri Azərbaycan torpağında nə edir?

İndiyə qədər bu beynəlxalq struktur və onun Minsk Qrupunun həmsədrləri Ermənistan və ya onun himayədarları tərəfindən Azərbaycan ərazilərinin işğal edildiyi faktını bəyan etməyiblər. Ehtimal etmək olar ki, həmsədrlər Ermənistan prezidenti Serj Sarqsyanı dəstəkləmək və ya onun xoşuna gəlmək üçün bu cür bəyanatla çıxış ediblər.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Laçının işğalının növbəti ildönümündə verdiyi bəyanat həmçinin onların münaqişənin ədalətli nizamlanması ilə bağlı laqeyd münasibətinin göstəricisi sayıla bilər”, – Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri bildirib.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

More on JAMnews