Yol polisinin mətbuat katibi hesab edir ki, payız yağışları gözlənilməz olub " />

Aramsız yağış Bakıda nəqliyyatın hərəkətinə çətinlik yaradıb

Yol polisinin mətbuat katibi hesab edir ki, payız yağışları gözlənilməz olub

Bakıda və ətraf ərazilərdə ikinci gündür elə yağış yağır ki, tut ucundan göyə çıx. Bütün gecə davam edən aramsız yağış Bakı yollarında ciddi problemlərə səbəb olub.

Bakı ətrafında yağıntının fəsadları daha ciddi olub, həyətlər və yollar su ilə dolub, piyadalar dizə qədər suyun içi ilə yol keçməli olublar.

Bakıya növbəti dəfə payız gözlənilmədən gəlib”, – Suraxanı sakini Meşədi Fəxrəddin istehza ilə deyir. – “Kanalizasiya yollarını təmir etmək üçün yenə də oturub yağış mövsümünün gəlməyini gözləyiblər. Məgər təmir işlərini yayda aparmaq olmurdu? İndi bizim uşaqlarımız məktəbə gedəndə nəinki dizə qədər suya girməli olur, üstəlik təmir işlərinə görə palçığa batırlar”.

Report informasiya agentliyinin jurnalistləri yazırlar ki, icra hakimiyyətlərinin və digər cavabdeh strukturların bir çox məmurları Bakı yollarının acınacaqlı vəziyyətdə olması ilə bağlı məsələni sadəcə görməzdən gəlir. Agentliyin saytında jurnalistlərin suallarına cavab verməkdən imtina edən və ya ümumiyyətlə telefona cavab verməyən məmurların siyahısı və telefon nömrələri dərc olunub.

Pis hava şəraiti şəhər nəqliyyatının hərəkət təhlükəsizliyinə də təsir edib. Oktyabrın 2-də vətəndaşlara maddi zərərin dəyməsi ilə nəticələnən altı qəza baş verib, – Bakı şəhər yol polisindən xəbər verilib.

Bakı şəhəri Dövlət Yol Polisi Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Sputnik” agentliyinə bildirib ki, yol polisi icra hakimiyyətinə müraciət edərək iri gölməçələrin əmələ gəldiyi yerlərdə drenaj sistemlərinin quraşdırılmasını xahiş ediblər.

Dünəndən orada (Binəqədi qəsəbəsində – red.) asfalt çəkilişinə başlanmalı idi. Amma gözlənilməz payız yağışları yol tikintisi işçilərinin bütün planlarını pozub. Sadıcı bir az gözləmək lazımdır”, – polkovnik Əsədov deyir.

Facebook Comments

More on JAMnews