Yerində sakit otur və öz işinlə məşğul ol " />

Aliyə Haqverdi, Bakı

Yerində sakit otur və öz işinlə məşğul ol 

Beləliklə ANS telekanalını həmişəlik bağladılar. Əvvəl istədikləri kimi bir aylıq deyil. Bir dəfəlik. Lisenziyalarını da həmişəlik əllərindən aldılar.

“Facebookda lent qaynayır. Amma ona görə yox ki, “cəmiyyət narazıdır, ona görə ki, bütün “frendlərim jurnalistdir. Bilmirlər – təəsüflənsinlər, yoxsa sevinsinlər? Hansı daha düzgündür?

Hər şeyi əməlli-başlı ümumiləşdirib sadələşdirsək, ANS çox köhnə Azərbaycan telekanalıdır, onun həm də eyni adlı radiosu və anspress.com saytı var, kanal əvvəlcə sözün düzünü deyərdi, sonra deyirdilər ki, reketə keçdi, daha sonra isə “hakimiyyətə satıldı. İndi deyin görüm, onun bağlanması kimi kədərləndirəcək axı?

İşini itirən işçi heyətinin halına acıyırlar. Operatorların. Xadimələrin. Kimlərsə deyir ki, əcəb oldu onlara, əvvəlcədən fikirləşərdilər ki, sahibin varsa, əvvəl-axır həmin o sahib də sənin axırına çıxacaq.

Düzdür, bizdə sahibsiz medianın axırına daha tez çıxırlar.

Hər şey qəzəbə gəlmiş türkiyəli siyasətçi Gülənlə müsahibədən başladı. Onlar bu müsahibəni heç efirə də vermədilər. Ancaq anons verdilər.

Hansısa həyasız telekanal qardaş xalqa olan zərif hisslərin yanında nədir ki? Heç nə.

Ümumiyyətlə, jurnalistlər “vicdan məhbusu olan Eynulla Fətullayevi bir nəfər kimi müdafiə edəndən, o da həbsxanadan çıxıb, özünü yerli Kiselyov kimi (hətta öz deyimimizlə desək, onun dal ayağı kimi) aparandan sonra həmkar həmrəyliyi hissi əməlli-başlı zəiflədi.

Bu hadisə Azərbaycanın informasiya agentliyinin mənzərəsini ümumiyyətlə dəyişmir. Düzdür, bütöv bir media holdinqin bağlanması əlamətdar hadisədir. Bütün bunlar da məni bir daha əmin edir ki, bizim hamımız – Azərbaycan jurnalistikasının qalıqları, rudimentləri və atavizmləri üçün əməkdaşlıq, qruplarda birləşmək vaxtı deyil. Hərə öz dərdinə qalsın. Bu, bizim üçün çətin olan bir zəmanədə ancaq xırda, gözə dəyməyən və manevr etməyi bacaranlar sağ qalacaq.

P.S. Belə bir fikir də var ki, ANS rəhbərliyi məhkəməyə kassasiya şikayəti ilə müraciət edəcək, bununla da tamaşa sona çatacaq. Kimin, kimə və nəyi göstərmək istədiyini isə biz heç vaxt bilməyəcəyik. Sonrası da fərqi nədir ki?

Dərc edilib: 29.07.2016


More on JAMnews