Aİ ölkələrindən deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb
Son iki ildə Avropa İttifaqı ölkələrindən Ermənistanaa deportasiya edilmiş insanların sayı kəskin artıq. Bu haqda Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib və sözlərini rəqəmlərlə təsdiqləyib: “2014-cü ildə biz 2, 2015-ci ildə isə 62 nəfərlə bağlı 36 müraciət almışıq. 2016-cı ildə 74, bu il avqustun 30-a olan məlumata görə isə 87 nəfərlə bağlı 58 müraciət daxil olub”.
Miqrasiya Xidmətinin rəhbəri Avropa ölkələrindən bu və ya digər şəxslərin Ermənistan vətəndaşlığının olub-olmadığını təsdiqləmək üçün daxil olan müraciətlərin statistikasını da təqdim edib. 2016-cı ildə 255, 2017-ci il avqustun 30-a olan məlumata görə isə 544 belə müraciət daxil olub.
2013-cü ildə Ermənistan və Avropa İttifaqı readmissiya haqda saziş imzalayıblar, bu sazişə əsasən Avropa ölkələrində qanunsuz qalan Ermənistan vətəndaşları deportasiya edilir.