İctimaiyyət qəzəblənsə də, sahibsiz heyvanlar üçün sığınacağın açılması təşəbbüsü ilə çıxış edən yoxdur" />

Abxaziyanın Qal rayonunda sahibsiz itləri güllələyir və başqa çarələrinin olmadığını deyirlər

İctimaiyyət qəzəblənsə də, sahibsiz heyvanlar üçün sığınacağın açılması təşəbbüsü ilə çıxış edən yoxdur

Abxaziyanın Qal rayonunda yerli administrasiya sahibsiz itləri güllələmək və bu böyük problemdən – həm insanlar, həm də mal-qara üçün təhlükəyə çevrilmiş vəhşi heyvan sürülərindən bu gür qurtulmaq qərarı alıb.

Bu qərar ictimaiyyət arasında çoxlarının qəzəbinə səbəb olub. Adamlar rayon administrasiyasının sahibsiz heyvanlar probleminin həlli üçün ən asan və ən barbar yolu seçdiyini deyir və yazır. Məsələni başqa cür də həll etmək olar, məsələn, heyvanlar üçün sığınacaq açmaq mümkündür.

Qal rayonu administrasiya başçısının müavini Astamur Aslandziya bildirir ki, yerli hakimiyyətin belə planları olub.

“Amma bu planın reallaşdırılması üçün vaxt lazımdır, itlər isə məhz bu an insanlara hücum edir və biz qeyri-humanist tədbirlər görməyə məcbur olduq”, – o deyir.

Yalnız son bir həftə ərzində bir necə dəfə sahibsiz heyvanların insanlara hücumu qeydə alınıb. Vəhşiləşmiş itlər o cümlədən də dörd uşağı dişləyib.

Qal rayonunda sahibsiz itlərin güllələnməsi noyabrın 18-dən başlanıb. Şəhər hakimiyyəti öz qərarını sanitar-epidemiologiya stansiyası və baytar xidməti ilə razılaşdırıb.

“İnsanlar evlərindən rahat çıxa bilmirlər, uşaqlar məktəbə rahat gedib-gələ bilmirlər, hətta böyüklər də, məsələn, bazara gedəndə ayıq-sayıq olmağa çalışırlar. Çünki itlər hücum edir”, – Aslandziya deyir.

O hesab edir ki, tərəzinin bir gözündə insanların təhlükəsizliyi, digər gözündə isə heyvanların həyatıdır, seçimin insanların xeyrinə olması labüddür və bu “məcburi atılmış addımdır”.

Hələlik Abxaziyada heç kim sahibsiz heyvanlar üçün sığınacağın yaradılması ilə bağlı heç bir alternativ təklif irəli sürməyib.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews