Səbəb internetdə anonimlərin təzyiqləri, böhtan və təhqir axınıdır " />

Abxaziyada sosial şəbəkələri qadağan edə bilərlər

Səbəb internetdə anonimlərin təzyiqləri, böhtan və təhqir axınıdır

“Facebook”un Abxaziya seqmenti 2014-cü ilin may ayında baş verən siyasi hadisələrdən sonra sürətlə anonim istifadəçilərlə doldu. Anonimlər getdikcə daha çox “qrup” yaradır, əsasən, hakimiyyətin siyasətini sərt tənqid edirlər – amma məsələ bunda deyil, məsələ ondadır ki, uydurma adlar altında insanlar ifadələrində və təhdidlərdə çəkinmirlər.

2014-cü il mayın 27-də Abxaziya müxalifəti Suxumda mitinq keçirərək, prezident və hökumətin istefasını tələb edib. Mitinqçilər hökumət binalarını mühasirəyə alaraq, prezident administrasiyasına nəzarəti ələ keçirib və bildiriblər ki, respublikanın idarəetməsini müvəqqəti olaraq öz üzərlərinə götürürlər. 2014-cü il iyunun 1-də Aleksandr Ankvab xalqa müraciətində Abxaziya prezidenti vəzifəsindən istefa verdiyini bəyan edib. Abxaziyada altıncı prezident seçkisi 2014-cü il avqustin 24-də keçirilib. Bu seçkilərin nəticəsində o zamankı müxalifət lideri, hazırkı prezident Raul Xajimba Abxaziyada dövlətin başına gəlib.

Anonim məsələsi Abxaziyada artıq dəfələrlə qaldırılıb. Onların yazılarında təhqir olunan insanlar istifadəçilərin real simalarını açmağı tələb edirdi. Sosial şəbəkələrdə başqa adlarla qeydiyyatdan keçməyi qadağan etməyin üsullarını tapmaqla bağlı təkliflər də gəlirdi.

İndi isə söhbət sosial şəbəkələrin özlərinə qadağadan gedir. Bu təşəbbüslə eyni zamanda bir neçə deputat çıxış edib. Məsələni Suxum rayonunun sakinləri ilə görüşü zamanı Abxaziya prezidenti Raul Xadjimba da şərh edib.

“Fərqli cür təqdim olunmağıma artıq çoxdan alışmışam. Amma bunlar münasibət qurduğumuz dövlət rəhbərlərinə qarşı ediləndə, onlar təhqir olunanda, alçaldılanda – bax bu, abxaz xalqı üçün rüsvayçılıqdır.

Biz demək olar ki, məhdudiyyətsiz bir-birimizi təhqir edirik, çoxları da mənə sosial şəbəkələri bağlamaq xahişiylə müraciət edir. Məsələni həll etməyə imkan verən qərar qəbul ediləcək”, – deyə Xadjimba bildirib.
Bu bəyanat sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Prezidentlə razılaşanlar və sosial şəbəkələri bloklamaq ideyasını kəskin şəkildə pisləyənlər hazırda təxminən yarı-yarıyadır.  

“Prezident Xadjimba qəribə bir təklif edib. [Belə alınır ki,] o sosial şəbəkələri bağlamalı olduğumuzu deyib, ya da [biz] ev-ev gəzib, insanları döyməli olacağıq. Bəlkə özümüz seçim edək: “Facebook”u bağlamaq üçün imza toplamağa başlayaq və ya döyülək?”.

“Əlbəttə, sosial şəbəkələri bağlamaq olmaz. Cəmiyyətdə qəsdən dezinformasiya yayan insanları məsuliyyətə cəlb etmək isə mütləq lazımdır. Bəli, bu, işdir, yeni çağırışdır, amma onu mütləq yerinə yetirmək lazımdır”.

 

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews