Abxaziyada sahibsiz itlərin güllələnməsi ənənəsinə qarşı çıxan və cəmiyyətin laqeydliyinin öhdəsindən gəlməyə ümid edən heyvan müdafiəçilərinin bəhs etdikləri " />

Abxaziyada sahibsiz itlər haqda qorxulu hekayələr – amma bir qədər də ümid

Abxaziyada sahibsiz itlərin güllələnməsi ənənəsinə qarşı çıxan və cəmiyyətin laqeydliyinin öhdəsindən gəlməyə ümid edən heyvan müdafiəçilərinin bəhs etdikləri

Bu problem iki hissədən ibarədrir.

Birincisi – Abxaziyada küçələrdə yüzlərlə, bəlkə də minlərlə sahibsiz it var. Onlar sürü halında toplaşır, hamı üçün – həm uşaqlar, həm də böyüklər üçün  təhlükə təşkil edirlər. Tez-tez insanlara hücum halları baş verir.

Digər problem – insanlar ümumilikdə həll yolunu sığınacaqların yaradılmasında, itlərin müalicə olunması və sterilizasiya edilməsində görmürlər. İnsanların əksəriyyəti itlərin öldürülməsini, güllələnməsini problemin həlli hesab edir.  

Aydan-aya hər ikisinin sayı artır – həm sahibsiz heyvanların, həm də onların öldürülməsi ilə razı olan insanların.

İndicə yeni sahibinə gətirilən xilas olmuş it (foto sahibləri tərəfindən təqdim olunub)

Problem 

Ancaq Suxum bazarına hər gün azı üç qutu balaca küçük gətirilir və orada qoyulur. Bu küçüklərin həyatı uzun olmur. Onlar ya acından, ya xəstəlikdən ölür, ya da maşınların təkərləri altında qalırlar.

“Bu yazıqlara ürəyimiz ağrıyır, amma sonra onlar harasa yox olur, çox güman ki, tələf olurlar. Onların yerində isə başqa küçüklər peyda olur. Bu, belə çərxi-fələk kimi bir şeydi”, – bazarda tərəvəz piştaxtasının satıcısı Larisa Tskua deyir.

Bakıda sahibsiz və sahibli itlər necə yaşayır? Fotoreportaj

Nə südlüyə, nə ətliyə yarayan inək haqda

Abxaziyada ev heyvanları ilə davranış ənənələri faciəvidir. Küçəyə yalnız küçükləri atmırlar. Ailədə yaşayan, amma sonradan hər hansı səbəbdən sahibləri üçün lazımsızlaşan yetkin itlər də evdən qovulur. Sonda iki belə hadisə haqda danışarıq – hər ikisi xoşbəxt sonluqla bitib. Amma xoşbəxt sonluq o qədər nadir haldır ki, başqa mətləblər haqda danışmaq daha vacibdir.

“Topa” və Səidə

Abxaziyada itlər üçün ancaq bir sığınacaq var – “Topa”. Qaqra şəhərində yerləşir. Orada 90 yetkin it və 27 küçük yaşayır.

Onların hamısı küçələrdən xəstə vəziyyətdə toplanıb. Bəzilərini maşın vurub, digərlərini doğulan kimi zibil qutularının yanına atıblar. Amansız rəftara, işgəncəyə məruz qalanlar da var. Qudautlu heyvan haqları müdafiəçisi Maka Piliya Facebook səhifəsində belə qəddarlığa misallar gətirir.

Sığınacaqdakı 117 itin hamısının müalicəyə ehtiyacı var. Amma bu sığınacağı yaradan Səidə Otrıbanın dediyi kimi ən əsası odur ki, onları güllələnmədən xilas edə biliblər.

“Topa”nın öz hekayəsi 2016-cı ildən, Səidənin öz iti öldürüləndən sonra başlayır.

“Küçələrdə “mövsüm təmizliyi” aparılırdı və mənim Bagiramı  zəhərləmişdilər. Axı bizdə baxan yoxdu ki, itin boynunda xalta var, ya yox. Bir itin güllələnməsinə görə bu xidmətlərin işçilərinə 500 rubl (8 dollara yaxın) pul ödənir. Və əlbəttə ki, bununla məşğul olanlar mümkün qədər çox it öldürməyə çalışır ki, daha çox pul qazansın”, – Səidə deyir.

Addımbaaddım Səidə Otrıba Abxaziya və Rusiyadkı könüllülərin maliyyə dəstəyi ilə bu sığınacağı tikib.

Sığınacaq 2018-ci ilin fevralında açılıb, buradan  “Topa”nın Instagram səhifəsinə baxmaq və itlərin hekayələrini oxumaq mümkündür. Açılan andan bu günə qədər sığınacaq Səidə Otrıbanın şəxsi vəsaiti və problemə laqeyd olmayanların yardımı ilə saxlanılır.

Bu müddət ərzində 200 it müalicə edilib, yedizdirilib, peyvənd və sterilizasiya olunub. Amma az saylı heyvan müdafiəçiləri bütün sahibsiz itləri himayə altına almaq imkanına malik deyil.

Maka Piliya və digər heyvansevərlərin təşəbbüsü ilə Qudaut və Tkuarçal şəhərlərində həm sahibli, həm də sahibsiz itlərin və pişiklərin sterilizasiyası üzrə aksiya keçirilir. Axı məhz sterilizasiya Abxaziyada sahibsiz heyvanların artımının qarşısını almaq üçün yeganə humanist vasitədir, könüllülər əmindirlər.

“Sterilizasiyadan və axtalanmadan sonra heyvanlar nəsil artıra bilmir, bu isə o deməkdir ki, Abxaziya küçələrində sahibsiz it və pişiklər az olacaq”, – Maka Piliya deyir. – “Bundan başqa, əməliyyatdan sonra heyvanın xarakteri də daha yumşaq olur. Sterilizasiya heyvanların bir çox xəstəliklərdən qorunması deməkdir”.

Foto “Topa” sığınacağının Instagram səhifəsindəndir

Nə etmək olar?

Üç ildir ki, Səidə Otrıba hakimiyyətdən dəstək axtarır. Amma onların təklif etdiyi yeganə şey sahibsiz heyvanların güllələnməsidir. Abxaziyada bununla “Spetsavtoxozyaystvo” adlanan struktur məşğul olur. Məlumdur ki, yalnız Suxumda heyvanların güllələnməsinə hər il büdcədən 800 min rubla yaxın (təxminən 13 min dollar) vəsait ayrılır.

“Hakimiyyətdən xahiş edirəm ki, bu pulu bizə versinlər – biz o zaman küçələri aqressiv sahibsiz itlərdən təhlükəsiz edə biləcəyik, onların sayını kəskin azaldacağıq və bu zaman onlar öldürülməyəcək”, – Səidə deyir.

Amma hələlik heç kim vəsaitin bu cür xərclənməsini müzakirə belə etmək istəmir. Cəmiyyətdə də insanların əksəriyyəti itləri öldürməyi dayandırmaq və problemin həllini heyvansevərlərə həvalə etmək ideyasını dəstəkləmir. Aqressiv itlərin insanlara, xüsusən də uşaqlara hücum etməsi halları həddən artıq çox baş verib, buna görə də çoxları stabilliyin sərt yollarla əldə edilməsini dəstəkləməyə hazırdır.

Hələlik heyvansevərlərin  yalvarışlarına hər hansı formada cavab verən yeganə şəxs Qaqra rayonunun artıq keçmiş başçısı Zaur Bqanba olub. O, Abxaziyada itlər üçün ilk “rəsmi” sığınacağın inşası üçün Salma kəndində torpaq sahəsi ayırıb.

2018-ci ilin avqustunda Abxaziyanın baş naziri Gennadi Qaquliya həmin zaman üçün yeganə “humanist” sərəncama imza atıb. O, bütün administrasiya rəhbərlərinin üzərinə “sahibsiz itlərin tutulması, sterilizə edilməsi və müvəqqəti sığınacaqlarda saxlanması” öhdəliyini qoyub. Sərəncama əsasən, heyvanlar əməliyyatdan sonra azadlığa buraxılmalı idi (JAMnews redaksiyasında sənədin surəti mövcuddur).

Heyvan haqları müdafiəçiləri o zaman ümidlə nəfəslərini dərmiş və düşünmüşdülər ki, geri sayım başlayıb, sahibsiz itlərin əzablarına son qoyulacaq. Amma 2018-ci il oktyabrın 8-də Gennadi Qaquliya avtomobil qəzasında həlak oldu. Heç bir administrasiya başçısı onun sərəncamını yerinə yetirmədi.

Xoşbəxt sonluqlu iki hekayə

Bu şəkildəkilər kürən dişi vıjla (bizə yaxın olan) və açıq qəhvəyi dişi kurtsxaardır. Bu iki cavan cins iti kimsə küçəyə atıb. Səidə Otrıba onlara rast gələndə artıq acından və aldıqları yaralardan ölmək üzrə olublar.

Otrıba itləri yer olmadığı üçün sığınacağa apara bilməyib, amma dəniz sahilində gizləndikləri həmin yerə onlar üçün yemək gətirməyə başlayıb. Eyni zamanda Səidə itlərin fotolarını sosial şəbəkələrdə yayıb və onların xilası üçün kömək istəyib.

Hər ikisini sahiblənənlər tapılıb. Dişilərin ikisi də Moskvaya yollanıb, indi onları sevən ailələri var. Bir neçə ay keçəndən sonra hazırda onlar belə görünürlər:

Bu Martinadır (fotonu sahibləri təqdim edib)

Bu da Fanya:

Facebook Comments

More on JAMnews