Arda İnal-ipa Abxaziyada səs-küylü ikili cinayətin səbəbləri və nəticələri barədə " />

“Abxaziyada qadınlara qarşı bu qədər dəhşətli cinayətlərin törədildiyini xatırlamıram”

Arda İnal-ipa Abxaziyada səs-küylü ikili cinayətin səbəbləri və nəticələri barədə

Abxaziyada dəhşətli ikili cinayət genişlənən ictimai hərəkatın yaranmasına səbəb olub, hərəkat hakimiyyətdən hüquq-mühafizə orqanlarında əsaslı islahatlar keçirməyə tələb etmək niyyətindədir.

Caqmaziya bacılarının başına gələn faciə iyunun 12-də məlum olsa da, hadisənin özü bir neçə gün ondan əvvəl baş verib.  

İstintaqın ilkin məlumatına görə, əvvəlcə kiçik bacı, autizmdən əziyyət çəkən 14 yaşlı Liana zorakılığa məruz qalıb.

Artıq prezident mühafizəsinin keçmiş işçisi olan, Abxaziyada çox nüfuzlu bir ailənin üzvü Astamur Copua qızı zorla evdən apararaq, zorlayıb.

Bir neçə gün sonra onun böyük bacısı, 22 yaşlı Anjela qətlə yetirilib. İlkin səbəb – bu, “namus üstündə qətl” idi, qatil, hər iki qızın atası Ruslan Caqmaziya axtarışa verilib.   

Astamur Copua hazırda dövlət təhlükəsizliyi xidməti binasında təkadamlıq kamerada saxlanılır. İlkin saxlanma müddəti iki ay müəyyən edilib.

Onun nüfuzlu qohumları lap başdan onu gizlətməyə çalışmadılar. Copua nəsli ailə yığıncağı keçirərək, cinayəti pisləyib və müttəhimdən imtina etmək qərarına gəlib. Bu qərarla onun qardaşı, parlamentari, “Aynar” partiyasının rəhbəri Almas Copua da razılaşıb. Müttəhimin bibisi Tali Copua dövlət televiziyası rəhbəri vəzifəsindən istefa verib. Onun həyat yoldaşı – daxili işlər naziri Aslan Kobaxiya artıq on gündür ki, məzuniyyətdədir, məzuniyyətini dayandırmır, bununla da istintaqın gedişatından uzaq olmağa çalışır.

Prezident Raul Xadjimba törədilmiş cinayətlərin istintaqını öz şəxsi nəzarəti altına götürüb.

Bununla belə, Abxaziyada kütləvi ictimai etiraz artmaqdadır, son bir neçə gün ərzində mitinqlər keçirilir.

O cümlədən ictimai təşkilatlar bildirir ki, yüksəkvəzifəli Copua ailəsi böyük bacının qətlində də günahkardır. Bildirilir ki, bu qətlin səbəbkarı parlament deputatı və “Aynar” partiyasının lideri Almas Copua (zorlamada ittiham olunan Astamurun qardaşı) olub.

Qətldən əvvəl deputat Ruslan Caqmaziya ilə görüşüb, onun böyük qızı Anjelanın əxlaqsız həyat tərzi keçirdiyinə görə qınayıb və deyib ki, atası “qızı ilə hesab çürütməlidir”. Bu söhbət plyonkaya yazılıb, sonra da deputatın özü tərəfindən parlamentə təqdim olunub. Söhbətin sabahısı günü ata Anjelanı  güllələyib.  

Caqmaziya bacılarının qohumları etiraz mitinqi keçirərək, cinayətlərin ədalətli araşdırılmasını tələb ediblər.

 

JAMnews şərh üçün Humanitar Proqramlar Mərkəzinin direktoru Arda İnal-ipaya müraciət edib.

 

 

“Namus üstündə qətllər” barədə: “Kimlərsə bu cinayətləri ənənəvi normalara qayıdış kimi qələmə verməyə çalışır, amma bu, ağ yalandır”

“Artıq 60 yaşım var, amma bu qədər sayda qadınlara, yeniyetmələrə qarşı dəhşətli cinayətlər, ailələrdə qətllərin törədildiyini xatırlamıram, nə müharibədən əvvəl, nə də hətta müharibənin ilk illərində. Bu, Abxaziyada yeni bir haldır.

Kimlərsə bu cinayətləri ənənəvi normalara qayıdış kimi qələmə verməyə çalışır, amma bu, ağ yalandır. Qadına qarşı fiziki zorakılıq həmişə kişi üçün rüsvayçılıq sayılıb, hətta qan düşmənçiliyi vaxtı düşmən nəsildən olan qadınlara toxunmayıblar.

Adətən cəmiyyət hakimiyyət işləməyəndə özü cəza verməyə başlayır. Cinayətə adekvat reaksiya verilməyəndə cəmiyyət özünün hüquq-mühafizə sisteminə inamını itirir.

Hakimiyyət tərəfindən bu problemin inkar edilməsi, formal, səthi reaksiya, nəticədə də cəzasızlıq faktiki olaraq, qadınlara qarşı gələcək cinayətlərin törədilməsinə təhrik edir, bu qadınları da sadəcə naməlum bir şəxs tərəfindən telefonla göndərilən mesaj əsasında nalayiq davranışda günahlandıra bilərlər.

Son iki il ərzində məhkəməsiz, araşdırmasız edam olunan qadınların uzun siyahısı var.  

Abxaz kəndindən misal gətirim. İki gəlin bir-biriylə yola getmirdi, bunlardan biri də qohumlarına ikincinin hansısa mesajını göstərir. Bu da həmin qadının asılması üçün kifayət edir.

Bunu da onun atası və qardaşı guya ailənin üstündən ləkəni silmək üçün ediblər. Onun körpə uşağı da anasının qatillərinin yanında qalır. Qohumlar bu cinayəti intihar kimi təqdim ediblər. Hüquq-mühafizə orqanları da bu versiyanı qəbul edib, işi bağlayıblar.  

Abxaziya Qadınları Assosiasiyası  dəfələrlə bu problemə diqqət çəkməyə çalışıb, dəyirmi masalar keçirib, hüquq-mühafizə orqanlarına müraciət edib. Amma yüksək səviyyədə lazımi reaksiya – qınaq, izahat, maarifləndirmə olmayıb.

Əksinə, biz daima bəzi məmurlardan eşidirik ki, bu, uydurulmuş bir problemdir, ailələrdə heç bir zorakılıq yoxdur, bu, Qərb dəyərlərinin yayılmasıdır, bu, hansısa layihələrin həyata keçirilməsidir və s.

Təəssüf ki, çox sayda cinayətlər hüquq-mühafizə orqanlarına qədər gedib çıxmır, ailədaxili məsələlərdən söhbət gedəndə insanlar ərizə yazmır. Amma bizə məlum olan hadisələr də, iki ildə 6-7 fakt çox böyük göstəricidir.

Hesab edirəm ki, buna görə təkcə hüquq-mühafizə qurumlarının deyil, dövlətin də yüksəkvəzifəli rəhbərləri cavab verməlidir.

İki gündür ki, bizdə mitinqlər keçirilir. Yeni parlamentin seçildiyi və qanunverici hakimiyyətə yeni adamların gəldiyinə görə onların vəziyyətə daha böyük məsuliyyətlə yanaşacaqlarına ümid var.

Filosofların dediyi kimi, qadınlara münasibətdən cəmiyyətin inkişaf səviyyəsi barədə danışmaq olar. Təəssüf ki, indiki cinayətlər Abxaziyanı bir neçə əsr əvvəlki dövrə qaytarır. Bunu normal hesab edənlər də faktiki olaraq bu gün baş verənlərə görə məsuliyyət daşıyırlar.  

Hazırda “aşağılardan” hərəkatın yaranması, dövlət nümayəndələri deyil, qadınların qanunilik, ədalətli məhkəmə və hüquqların müdafiəsini tələb etməsi ondan xəbər verir ki, cəmiyyətimizdə heç nə qaydasında deyil.

Dövlət institutları zəif olanda, hüquq-mühafizə orqanları isə illərlə cəmiyyətin müraciətlərinə reaksiya verməyəndə kriminal institutlar daha tez-tez baş qaldırmağa başlayır.

İndi də kriminal dəyər və normaları ənənəvi dəyər kimi qələmə vermək tendensiyası daha aydın görünür.

Bu, çox böyük problemdir, həm parlamentdə, həm də başqa qurumlarda təmsil olunan etnoqraflar, tarixçilərin səsini eşitmək istərdik.

Hakimiyyətlə əlaqəli olan cinayətkarların cəzasızlığı

Telefon hüququ, nepotizm, qohumluluq əlaqələri – bütün bunlar əlbəttə ki, təkcə Abxaziyada deyil, hər yerdə, bir çox ölkələrdə, xüsusən də Qafqazda mövcuddur. Bununla mübarizə aparmaq lazımdır – amma təəssüf ki, bir çox dövlət institutları ictimai nəzarət üçün bağlıdır, bu və ya digər qərarın necə qəbul edilməsi barədə məlumat almaq çətindir.  

Biz hansısa ədalətsizlikdən, qohumluluq və ya soyadı amilinin rol oynaması barədə xəbər tuturuq, amma heç də həmişə bunu sübut edə bilmirik. Bu haqda açıq danışmağa cəhd göstərəndə isə səni əsassız və sübutsuz danışmaqda ittiham edə bilərlər.  

Buna görə də Humanitar Proqramlar Mərkəzi və vətəndaş sektorundan bir çox həmkarlarımız hesab edir ki, çox şeyi gizlətməyin asaAbxaziya Qadınları Assosiasiyası  dəfələrlə bu problemə diqqət çəkməyə çalışıb, dəyirmi masalar keçirib, hüquq-mühafizə orqanlarına müraciət edib. Amma yüksək səviyyədə lazımi reaksiya – qınaq, izahat, maarifləndirmə olmayıb.

Əksinə, biz daima bəzi məmurlardan eşidirik ki, bu, uydurulmuş bir problemdir, ailələrdə heç bir zorakılıq yoxdur, bu, Qərb dəyərlərinin yayılmasıdır, bu, hansısa layihələrin həyata keçirilməsidir və s.

Təəssüf ki, çox sayda cinayətlər hüquq-mühafizə orqanlarına qədər gedib çıxmır, ailədaxili məsələlərdən söhbət gedəndə insanlar ərizə yazmır. Amma bizə məlum olan hadisələr də, iki ildə 6-7 fakt çox böyük göstəricidir.

Hesab edirəm ki, buna görə təkcə hüquq-mühafizə qurumlarının deyil, dövlətin də yüksəkvəzifəli rəhbərləri cavab verməlidir.

İki gündür ki, bizdə mitinqlər keçirilir. Yeni parlamentin seçildiyi və qanunverici hakimiyyətə yeni adamların gəldiyinə görə onların vəziyyətə daha böyük məsuliyyətlə yanaşacaqlarına ümid var.

Filosofların dediyi kimi, qadınlara münasibətdən cəmiyyətin inkişaf səviyyəsi barədə danışmaq olar. Təəssüf ki, indiki cinayətlər Abxaziyanı bir neçə əsr əvvəlki dövrə qaytarır. Bunu normal hesab edənlər də faktiki olaraq bu gün baş verənlərə görə məsuliyyət daşıyırlar.  

Hazırda “aşağılardan” hərəkatın yaranması, dövlət nümayəndələri deyil, qadınların qanunilik, ədalətli məhkəmə və hüquqların müdafiəsini tələb etməsi ondan xəbər verir ki, cəmiyyətimizdə heç nə qaydasında deyil.

Dövlət institutları zəif olanda, hüquq-mühafizə orqanları isə illərlə cəmiyyətin müraciətlərinə reaksiya verməyəndə kriminal institutlar daha tez-tez baş qaldırmağa başlayır.

İndi də kriminal dəyər və normaları ənənəvi dəyər kimi qələmə vermək tendensiyası daha aydın görünür.

Bu, çox böyük problemdir, həm parlamentdə, həm də başqa qurumlarda təmsil olunan etnoqraflar, tarixçilərin səsini eşitmək istərdik.

n olduğu qapalılığın qarşısını almaq üçün hüquq-mühafizə orqanları və digər qurumların nəzdində ictimai şuralar açmaq vaxtı çatıb.

İctimai monitorinq olmalıdır. Bu yolları bir çox ölkələr keçib, bilirik ki, bu cür mexanizmlər çox yaxşı işləyir. Hüquq-mühafizə orqanlarına ictimai şuraların daxil olduğu yerlərdə cinayətkarlığın səviyyəsi kəskin azalıb.

Nazirlər və birinci şəxslərin simasında dövlət ağır anlarda nə evdə, nə məzuniyyətlərdə, nə də ezamiyyətlərdə gizlənməməlidir. Baş verənlərə qiymət vermək lazımdır, onlar cəmiyyət sual verməyə başlayana qədər gözləməməlidir. Biz onların baş verənlərdən narahatlıq keçirdiyini eşitməliyik.

Liana Caqmaziyanın zorlanması və bacısının qətli faktı ilə bağlı araşdırmanı öz nəzarəti altına götürməli olan parlament komissiyası, deputatlar bu məsələni baxılması üçün müdafiə və təhlükəsizlik komitəsinə təqdim ediblər. Ümid edirik ki, ictimaiyyətin iştirakı ilə komissiya yaradılacaq.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.


More on JAMnews