Qərarı yanvarın 10-da Ali Məhkəmənin Kassasiya Kollegiyası kütləvi aksiyalar fonunda qəbul edib" />

Abxaziyada müxalifət qalib gəlib – president istefaya göndərilib, yeni prezident seçkiləri keçiriləcək

Qərarı yanvarın 10-da Ali Məhkəmənin Kassasiya Kollegiyası kütləvi aksiyalar fonunda qəbul edib

Abxaziyanın Ali Məhkəməsinin Kassasiya Kollegiyası fevralın 10-da axşam saatlarında fövqəladə iclasda Raul Xajimbanın prezidentliyini ləğv edib.

İndi Abxaziyada yeni prezident seçkiləri təyin ediləcək.

Məhkəmə iclası kütləvi aksiyalar fonunda baş tutub.

Birləşmiş müxalifət 2019-cu il sentyabrın 8-də keçirilən son prezident seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edirdi. O zaman ikinci turda kiçik üstünlüklə hazırkı prezident Raul Xajimba qələbə qazanmışdı.

Amma müxalifət bu qələbəni qanunsuz hesab edib. Xajimba yalnız 47 faiz səs toplayıb, halbuki qanuna əsasən qələbə qazanmaq üçün bütün səs verənlərin 50 faiz +1 səsini toplamağa ehtiyac var.

Siyasi böhran yanvarın 9-dan başlayıb. Müxalifətin minə yaxın tərəfdarı əvvəlcə prezident sarayını mühasirəyə alıb, daha sonra isə saraya soxulub .

“Aytayra” müxalif partiyası (lideri nüfuzlu siyasətçi, Abxaziyanın eks-prezidenti Aleksandr Ankvabdır) vəziyyəti yumşaltmaq üçün prezidenti istefaya getməyə çağırıb.

Yanvarın 10-da etirazçıları parlament də dəstəkləyib və qüvvədə olan prezidentə istefaya getmək təklifinin əks olunduğu qətnamə qəbul edib. Bütün bu müddət ərzində digər iqamətgahda, “dövlət bağında” olan prezident bu tövsiyəni rədd edib və bildirib ki, müxalifətlə dialoqa hazırdır.

Amma müxalifət dialoqdan imtina edib, etirazçılar bildiriblər ki, Xajimba istefaya getməyənə qədər prezident administrasiyasını tərk etməyəcəklər.

Nəticədə Ali Məhkəmə müxalifətin tərəfini tutub. Bu dəqiqədən etibarən prezident vəzifəsindən kənarlaşdırılıb.

Qanuna əsasən, seçkilər üç aydan gec olmayaraq keçirilməlidir.

Məhkəmə qərarının elan olunmasında müxalifət nümayəndələri iştirak edib, amma zalda müdafiəni, MSK-nı və ya Baş Prokurorluğu təmsil edən heç kim olmayıb.

Məqalədəki terminlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid və ya zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır

More on JAMnews