Hadisə sosial şəbəkə istifadəçilərinin istehzalı şərhlərinə səbəb olub " />

Abxaziyada morq soyulub

Hadisə sosial şəbəkə istifadəçilərinin istehzalı şərhlərinə səbəb olub

Suxumda bazar günündən bazarertəsinə açılan gecə morq soyulub. Ehtimal olunur ki, cinayətkarlar qapını sındırıb, morq ərazisinə daxil olub və seyfi yarıblar.

Ziyan çəkən müəssisənin tabe olduğu Məhkəmə Tibb Ekspertiza bürosunun rəisi Gennadi Bobua olayla bağlı hər hansı açıqlama verməkdən imtina edib. Hüquq-mühafizə orqanları istintaqa başlayıb.

Bu hadisə sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri olub. İstifadəçilərin çoxu baş verənlərə istehza ilə yanaşıb. Belə şərhlərdən bir neçəsi:

— Heyf ki, ölülərdən heç biri ayağa qalxıb, oğrulara bir dənə ilişdirməyib. Əcəb dönüş olardı.

— Belə soyğun soyğunçuların sağlamlığı üçün tamam zərərsizdir, çünki məlum olduğu kimi, mərhumlardan ziyan gəlməz. Amma mənəviyyat və elementar vasvasılıq baxımından aydındır ki, soyğunçular ümumiyyətlə mənəviyyatdan və vasvasılıqdan məhrumdurlar. Belə oğruları goreşən adlandırmaq olar.

— Xalqımızın nə dərəcədə alçaldığı məni xeyli əyləndirdi, hərçənd bundan o yanası yoxdur deyə düşünürdüm, indi Abxaziyanın da öz “nekrofaqları” var. Bundan daha artıq alçalmaq mümkün deyil.

— Necə yəni mümkün deyil? Bundan sonrakı addım ictimai tualeti soymaqdır.

— Bəlkə alçaqlar ekspertiza rəylərini oğurlayıblar?

— Deyirlər ki, seyfdə 3 milyon olub. Rəis orda saxlayırmış, fikirləşirmiş ki, “QAİ”, xəstəxana və qəbiristanlığın əhatəsində olduğu üçün soyğunçular bura dəqiq burnunu soxmaz. İndi isə təsdiqləndi ki, ehtiyat pullar üçün etibarlı yer yoxdur.

Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə biləcək və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

 


More on JAMnews