1983-cü ildə həlak olmasa, indi 60 yaşı tamam olacaqdı" />

Abxaziyada məşhur futbolçu Vitali Daraseliyanı anıblar

1983-cü ildə həlak olmasa, indi 60 yaşı tamam olacaqdı

Abxaziyada ən məşhur abxaz futbolçunun, sovet futbolunun əfsanısi və Tbilisi “Dinamo”sunun əsas ulduzlarından birinin yubileyi qeyd olunub.

Böyük futbolçunun xatirəsinə həsr olunmuş tədbirlər Daraseliyanın doğulub-böyüdüyü, yerli futbol məktəbi və məşqçisi Bondo Kakubavanın sayəsində futbolun sirlərinə yiyələndiyi Oçamçirdə oktyabrın 9-u səhərdən başlayıb.

Məhz buradan, Oçamçirdən 17 yaşlı Vitali Tbilisinin “Dinamo” klubuna yollanmışdı və dərhal həmin əfsanəvi komandanın əsas tərkibində oynamağa başlamışdı. Nəticədə bu komanda SSRİ çempionatının qalibi oldu, ölkə Kubokunu və UEFA Kuboklar Kubokunu qazandı.

Məhz Daraseliya heç-heçə bitməkdə olan oyunun sonuna üç dəqiqə qalmış “Karl Tseys”in iki müdafiəçisini sürətli əla driblinqlə aldadaraq topu alman qapıçısının sağ tərəfindən qapının küncünə tutuzdurdu.

Bu qol sayəsində Tbilisi “Dinamo”su arzuladığı qəniməti əldə etdi. 1981-ci il mayın 13-ü futbol dünyasında həmişəlik Vitali Daraseliyanın adı ilə assosiasiya olundu, bu gün o, bütün karyerasının ən parlaq anını yaşadı.

Çox tez başa çatan karyerasının.

İl yarım sonra 1982-ci il dekabrın 13-də Daraseliyanın idarə etdiyi avtomobil yyarğana yuvarlandı. Futbolçunun meyitini ancaq iki həftə sonra tapmaq mümkün oldu.

Daraseliyanın dəfni vətənində, Oçamçirdə 50 min insanın iştirakı ilə baş tutdu.

Bu günkü yubiley üçün yerli administrasiya Daraseliyanın memorialını tımir etdirib. Orada futbolçunun anadan olduğu gün səhər tezdən onun xatirəsinə mitinq təşkil olunub. Günorta isə Suxumun “Dinamo” stadionunda futbolçunun xatirəsinə Suxum “Dinamo”sunun veteranları arasında dostluq oyunu həsr edilib.

Oyun zamanı meydançaya başqa bir əfsanəvi abxaz futbolçu – Axrik Sveyba kapitan sarqısı ilə çıxıb. Bu oyunda Oçamçirin “Yertsaxu” komandasının kapitanı Daraseliyanın oğlu kiçik Vitali Daraseliya olub.

Vitali Daraseliyanın anası və övladları - Kristina və Vitali 

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews