Səbəb azyaşlılar tərəfindən törədilən cinayətlərin yüksək səviyyəsindən ibarətdir " />

Abxaziyada azyaşlılar üçün komendant saatının tətbiq edilməsi təklif olunub

Səbəb azyaşlılar tərəfindən törədilən cinayətlərin yüksək səviyyəsindən ibarətdir

Photo: Agneshka  Zielonka, JAMnews

Gecə saatlarında azyaşlıların ictimai yerlərdə olmasını məhdudlaşdırmaq – Abxaziya Baş Prokurorluğunun irəli sürdüyü yeni təşəbbüsün mahiyyəti bundan ibarətdir.

Təşəbbüs artıq qanun layihəsi şəklinə salınıb və parlamentə təqdim olunub.

Qanun layihəsinin müəllifləri bu yeni qaydaların qanun səviyyəsində tətbiqini təklif edirlər:

  • Gün uzun olan mövsümlərdə – aprelin 1-dən oktyabrın 30-a qədər uşaqlar və yeniyetmələr 23.00-dan sonra;
  • İlin qalan dövründə isə 22.00-dan sonra küçəyə çıxa bilməz.

“Əgər yeniyetmə göstəriləndən saatdan sonra küçədə və ya əyləncə müəssisəsində aşkarlanarsa, Daili İşlər Nazirliyinin idarəsinə gətiriləcək və onunla söhbət aparılacaq. Eyni zamanda valideynləri çağırılacaq və cərimələnəcək”, – Daxili İşlər Nazirliyinin Azyaşlılarla İş üzrə İdarəsinin Suxum şöbəsinin rəisi Alina Xudyakova deyir.

Azyaşlının müəyyən edilimiş saatdan sonra aşkarlandığı kafe, bar, restoran və ya digər müəssisə də cərimələnəcək.

Rəsmi statstika azyaşlılar tərəfindən törədilən cinayətlərin 80 faizinin sutkanın gecə saatlarında baş verdiyini göstərir. Çox vaxt bu cinayətlər oğurluqdan ibarət olur.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews